AMEA Naxçıvan Bölməsi

Bədii mətnlərin tərcümə prinsipləri haqqında elmi-praktik seminar


28.10.2021 / 13:49Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin Tərcümə (Azərbaycan-fars) ixtisası üzrə II və III kurs tələbələri ilə AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda “Bədii mətnlərin tərcümə prinsipləri” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarı fondun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov açaraq Azərbaycanda tərcümə sənətinin təşəkkülü, inkişafı və müasir vəziyyəti haqqında tələbələrə ətraflı məlumat verib. Sonra fondun şöbə müdiri Fəxrəddin Eylazov ayrı-ayrı bədii mətnlərin tərcümə prinsipləri və metodlarından söz açaraq bu istiqamətdə görülən bəzi işlərin nəticələri ilə tələbələri tanış edib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.