AMEA Naxçıvan Bölməsi

Fizika ixtisası tələbələrinin iştirakı ilə elmi-praktik seminar olub


27.10.2021 / 13:47Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası və Təbii Ehtiyatlar İnstitutuna hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin III kurs Fizika ixtisası tələbələrinin iştirakı ilə elmi-praktik seminar keçirilib.
Rəsədxananın Səma cisimlərinin fotometriyası şöbəsinin elmi işçisi Ülvi Vəliyev “Bizim Qalaktika”, Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji xidmət şöbəsinin müdiri İlkin Vəlibəyov isə “Qonşu ərazilərdə baş verən güclü zəlzələlərin Naxçıvan Muxtar Respublikasına təsiri və ərazinin seysmikliyi” mövzusunda tələbələrə məlumat veriblər. Seminarın sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.