AMEA Naxçıvan Bölməsi

Nəbatat bağı ziyarət olunub


15.10.2021 / 12:42Mühüm hadisələr



Naxçıvan Dövlət Universitetinin Biologiya müəllimliyi ixtisasında təhsil alan bir qrup tələbəsi müəllimləri ilə birgə dünən AMEA Naxçıvan Bölməsinin Nəbatat bağında olublar.
Bölmənin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev ziyarətçilərə Nəbatat bağı, burada becərilən yerli və introduksiya olunmuş bitki sortları haqqında ətraflı məlumat verib. Nəbatat bağında mühafizə olunan nadir bitki növləri, meyvə, üzüm və taxıl genefondları, aparılan tədqiqatların məqsədi və əldə olunan elmi nailiyyətlər qonaqların marağına səbəb olub.
Sonda əməkdaşımız gənclərin çoxsaylı suallarını cavablandırıb.