AMEA Naxçıvan Bölməsi

Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi


15.10.2021 / 12:35Mühüm hadisələr



Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda respublika elmi konfransı keçirilib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev konfransda “Böyük şahmat taxtasında Cənubi Qafqaz və geosiyasi həmlələr", Yeni və ən yeni tarix şöbəsinin kiçik elmi işçisi Nilufər Ağayeva isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra Naxçıvan Muxtar Respublikası muzeylərinə qayğı” mövzusunda məruzə ediblər.