AMEA Naxçıvan Bölməsi

Tədqiqatlar davam edir


05.07.2021 / 15:35Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin əməkdaşları növbəti dəfə Birliyin təcrübə sahəsində müşahidə aparıblar.
Müşahidə zamanı mütəxəssislər aprel ayında əkilmiş “Mayak” və “Kosacan” pomidor sortlarının inkişaf fazalarına diqqət yetirib, gübrə norması verilmiş torpağın münbitliyin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürüblər.
Qeyd edək ki, müşahidələrin məqsədi pomidor bitkisinin vegetasiya dövrünün sonuna kimi torpaqdan qəbul etdiyi qida maddələri ehtiyatının müəyyən olunması və gələcəkdə sahədə torpaq münbitliyinin, eləcə də pomidor bitkisinin məhsuldarlığının artırılması üçün aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsinə şərait yaratmaqdan ibarətdir.