AMEA Naxçıvan Bölməsi

Tədqiqatlar davam edir


28.05.2021 / 14:27Mühüm hadisələr



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı 27 noyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitunun Torpaq ehtiyatları laboratoriyası və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşlarının birgə apardığı tədqiqatlar davam etməkdədir.

“Kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqinə nail olunmasına dair” tədqiqatda əkin materialı olaraq Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun göndərdiyi “Mayak” və muxtar respublika üçün rayonlaşdırılmış yerli “Kosacan” pomidor sortundan istifadə olunmaqla 100 m2 olmaqla 4 təkrarda əkilib. Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev “Araz” Elm İstehsalat Birliyinin təcrübə sahəsində əkilmiş pomidor sortları üzərində müşahidələr apararaq bitkilərin inkişaf fazasına diqqət yetirib, əməkdaşlara tövsiyyələr verib.

Qeyd edək ki, təcrübə sahəsində pomidor bitkisi ilə bərabər, digər (kartof, arpa və meyvə bağları) sahələrin inkişaf fazalarına da diqqət yetirilib.