NDU-nun Tərcümə (Azərbaycan-fars dilləri) ixtisası üzrə I kurs tələbələri AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda olublar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hamiliyə verilmiş Xarici dillər fakültəsinin Tərcümə (Azərbaycan-fars dilləri) ixtisası üzrə I kurs tələbələri əvvəlcə Fondun arxivi ilə tanış olublar. Fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov burada mühafizə olunan farsdilli əlyazma və çap kitabları haqqında tələbələrə ətraflı məlumat verərək bildirib ki, fondda fars dilində tarix, dilçilik, ədəbiyyatşünaslıq, coğrafiya, məntiq, hüquq, astronomiya, tibb və elmin digər sahələrinə aid əlyazma və çap kitabları qorunur. Alim fondda elmi ədəbiyyatla yanaşı bədii ədəbiyyat nümunələrinin də mövcudluğuna, bu əsərlərin əməkdaşlar tərəfindən tədqiq olunmasına diqqət çəkib. Fondun şöbə müdirləri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov və Fəxrəddin Eylazov çıxış edərək qədim əlyazma və çap kitablarının toplanılması, qeydə alınması, onlara ilkin elmi rəylərin yazılması, sistemləşdirilərək kataloqlaşdırılması məsələlərindən bəhs ediblər. Vurğulanıb ki, 2018-ci ildə fond tərəfindən 182 farsdilli əlyazma və çap kitablarını əhatə edən kataloq nəşr etdirilmişdir. Sonda mütəxəssislər tələbələri maraqlandıran sualları cavablandırıblar.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib