AMEA Naxçıvan Bölməsi

Rəsədxana əməkdaşları seminarda iştirak edib


21.05.2021 / 13:40Mühüm hadisələr



AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasnın əməkdaşlarının iştirakı ilə 20 may 2021-ci il tarixdə “Komet parıltılarının yaranmasında zərbə mexanizminin rolu” mövzusunda onlayn elmi seminar baş tutub. Hər iki qurumun ümumilikdə 35 elmi əməkdaşının iştirak etdiyi seminarda Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Əyyub Quliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzənin ardından seminar iştirakçıları mövzu ətrafında fəal diskussiya aparıblar.