AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birlikdə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsinin daha bir iştirakçısı mükafatlandırılıb.
Bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimovanın elmi rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan şəhər 5 № li tam orta məktəbin IX sinif şagirdi Şərəf Zeynalovanın “Naxçıvan Muxtar Respublikası florasında Fabaceae Lindl. fəsiləsinə daxil olan növlərin bioloji və fitokimyəvi xüsusiyyətləri” adlı məqaləsi “Rusiya Federasiyası Pedaqoji Layihələr Akademiyası” Ümumrusiya informasiya-təhsil portalının keçirdiyi müsabiqədə II dərəcəli diplom və sertifikatla təltif edilib. Elmi rəhbər Surə Rəhimova isə gələcək tədqiqatçıya göstərdiyi səmərəli rəhbərliyə görə müsabiqənin münsiflər heyətindən təşəkkür məktubu alıb.
Məlumat üçün qeyd edək ki, məktəbli Şərəf Zeynalova “Astragalus tragacantha L. (Kitrəli gəvən) növündən kitrələrin alınması, təmizlənməsi və tətbiq sahələrinin öyrənilməsi” adlı tədqiqatla məşğuldur. Layihənin əsas məqsədi kitrəli gəvən növünün fitokimyəvi tərkibinin ən son metodikalar tətbiq edilməklə öyrənilməsi, bitkidən kitrələr əldə olunması və müxtəlif sahələrdə istifadə perspektivlərinin araşdırılmasından ibarətdir.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib