AMEA Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin əsas mahiyyəti və pərdəarxası” mövzusunda interaktiv dərs olub.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin apardığı dərsdəermənilərin əzəli torpaqlarımızda planlı şəkildə məskunlaşdırılması, tarixin müxtəlif dövrlərində dinc azərbaycanlılara qarşı həyata keçirilən irimiqyaslı soyqırımlar haqqında məlumat verilib. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanına diqqət çəkən tədqiqatçı bildirib ki, bu fərman ilk dəfə olaraq Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərə siyasi qiymət verən, milli yaddaşımızı dirçəldən mühüm tarixi sənəddir.
Alim ermənilərin XIX əsrin II yarısından başlayaraq təşkilatlandırılması məsələsinə də toxunub. Odövrün yazılı mənbələri və arxiv materialları əsasında 1905-1907-ci illərdə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda ermənilərin Çar Rusiyasının yardımı ilə soyqırımı gerçəkləşdirdiklərini diqqətə çatdırıb.
İnteraktiv dərs zamanı Bakı, Şamaxı, Quba, Gəncə, Lənkəran, Qarabağ və Naxçıvanda törədilən qanlı cinayətlər, xüsusilə, Yaycı, Nursu, Kolanı, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna, Sirab kəndlərində törədilən amansız qətliamlar, Naxçıvan əhalisinin erməni millətçilərinə qarşı inadlı mübarizəsi haqqında məlumat verilib. Tədqiqatçı bir sıra qaranlıq məqamlara aydınlıq gətirərək xarici qüvvələrin havadarlığı ilə milli və dini zəmində yaradılan təfriqələr, terrorçu erməni təşkilatlarına göstərilən hərtərəfli dəstəklə bağlı önəmli faktları məktəblilərin yaş həddi və təfəkkürünün inkişaf xüsusiyyətləri nəzərə alınmaqla çatdırıb.Vətən müharibəsinin uğurlu nəticələrini xatırladaraq törətdilən cinayətlərin cəzasız qalmadığını bildirib.
Sonda gənc nəslə müraciətində alim vurğulayıb ki, gələcək nəsillər bu tarixi faktları unutmamalı, real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət göstərməlidir. Çünki bu günün savadlı və vətənpərvər gənci sabahın ziyalısı, müsəlləh əsgəri, ölkəmizin gələcəyinin qarantıdır!
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür