AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Akademik çıxışında Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2021-ci il tarixli “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” və 22 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” Sərəncamlarından irəli gələn vəzifələr barədə məlumat verib.
Sonra AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev “Lütfi Zadə: həyatı və elmi” mövzusunda məruzə edib. Məruzəçi tanınmış alimin həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, görkəmli alim Lütfi Zadə müasir dünya elm tarixinə fundamental nəzəriyyələr bəxş edərək texnologiyanın inkişafında yeni bir eranın əsasını qoymuşdur.
Onun məşhur qeyri-səlis məntiq nəzəriyyəsi haqqında məlumat verən tədqiqatçı bu nəzəriyyədən ətraflı bəhs edib. Məhsuldar tədqiqatlarına görə Lütfi Zadənin çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülməsini diqqətı çatdıran dosnet Q.Həziyev qeyd edib ki, o, elm və texnologiyaların inkişafında, mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə 2011-ci ildə 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilmiş, 2016-cı ildə Nizami Gəncəvi adına qızıl medala layiq görülmüşdür.
İclasda həmçinin Naxçıvan Bölməsinə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı xarici dil imtahanının nəticələri və gündəlikdəki digər məsələlər Rəyasət Heyətinin müzakirəsinə çıxarılaraq müvafiq qərarlar qəbul olunub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür