Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev dünya tarixində aparılmış müharibələrin ümumi statistikası ilə bağlı göstəriciləri diqqətə çatdırıb. Vətən müharibəsinin Azərbaycan tarixindəki, eləcə də dünya hərb tarixindəki önəmini qeyd edib.
Bölmə sədri Azərbaycanın sahib olduğu dövlətçilik tarixinə xronoloji ardıcıllıqla nəzər salıb. Qarabağ probleminin ortaya çıxma səbəbləri, ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiaları, havadarlarının ermənilərə dəstəyi və başqa məsələlər ətrafında geniş təhlil aparıb. Akademik çıxışının davamında I Qarabağ müharibəsinin ağır nəticələrindən, BMT-nin yerinə yetirilməyən 4 qətnaməsindən, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətindən və həmsədr ölkələrin Azərbaycana qarşı sərgilədikləri ermənimeyilli münasibətdən bəhs edib.
Vurğulanıb ki, 2020-ci ilin 27 sentyabrında müzəffər Azərbaycan Ordunun başladığı hərbi əməliyyatlar 44 gün sonra işğalçı Ermənistanın kapitulyasiya aktına imza atması ilə nəticələndi, Azərbaycan parlaq qələbə qazandı. Məhz bu tarixi zəfərə gedən yolun başlağıcı - 27 sentyabr tarixi Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci ildə imzaladığı xüsusi sərəncamla Anım Günü kimi təsis edildi.
Cərəyan edən hadisələrin davamında birgünlük antiterror əməliyyatı zamanı Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin darmadağın edildiyini, Qarabağın erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüşün nəticələrini xatırladan İsmayıl Hacıyev ötən dövr ərzində məsələnin həlli istiqamətində əldə olunan siyasi və diplomatik uğurlardan danışıb. Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı ölkəmiz üçün müəyyənləşdirdiyi mühüm vəzifələri diqqətə çatdırıb.
Tədbirdə həmçinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev çıxış ediblər.
Çıxışlarda Azərbaycanın sahib olduğu zəngin təbii sərvətlərinə, sahib olduğu mühüm strateji və coğrafi mövqeyinə görə daim böyük dövlətlərin diqqət mərkəzində olmasından, həmin dövlətlərin öz istəklərinə çatmaq üçün ermənilərdən istifadə etməsindən danışılıb. Öz “vəzifə”sini canfəşanlıqla icra edən ermənilərin xalqımızın başına gətirdiyi bəlalardan, Azərbaycanın yürütdüyü uğurlu siyasət sayəsində ermənilərin xülyasının puç olmasından bəhs olunub. Ermənistanın yürütdüyü qərbmeyilli siyasətin bugünkü nəticələri, irəli sürülən bəzi proqnozlar ətrafında fikir mübadiləsi aparılıb.
Sonda folklorşünas alim, şair Elxan Yurdoğlunun 2020-ci ilin 29 sentyabrında qələmə aldığı “Zəfər marşı” şeirinin qiraət olunduğu videoçarx izlənib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib