AMEA Naxçıvan Bölməsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Bölmə sədri bildirib ki, 15 İyun tarixi qeyd olunan dövlət bayramları arasında əlamətdarlığı ilə seçilir. Bu gün Azərbaycan tarixində xüsusi önəmə malikdir.
Çıxışının davamında İsmayıl Hacıyev ötən əsrin 90-cı illərinin əvvəllərini Azərbaycan dövlətçiliyinin ən çətin və mürəkkəb dövrü kimi səciyyələndirib. Vurğulanıb ki, ölkədə hökm sürən ağır ictimai-siyasi vəziyyət, o vaxtkı rəhbərliyin səriştəsizliyi, baş alıb gedən böhran vəziyyəti,separatçılığın ən yüksək həddə çatması, torpaqlarımızın ardıcıl işğalı dövlət müstəqilliyimiz üçün mühüm təhdidlər idi. Belə bir vəziyyətdə xalqı düşdüyü acınacaqlı vəziyyətdən qurtaracaq xilaskara ehtiyac vardı.
Akademik çıxışı zamanı Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya gəlişindən, Azərbaycana rəhbərliyinin ikinci dövründə ölkədə daxili və xarici sabitliyin təmin olunması istiqamətində gördüyü işlərdən, yürütdüyü uzaqgörən siyasətdən danışıb. Bu gün Prezident İlham Əliyev tərəfindən həmin siyasətin uğurla davam etdirildiyini deyən alim Azərbaycanın dünya dövlətləri arasındakı nüfuzundan, ev sahibliyi etdiyi mühüm tədbirlərdən, bu fəaliyyətin ölkəmiz üçün vəd etdiyi perspektivlərdən bəhs edib.
Çıxışının sonunda İsmayıl Hacıyev Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, xoş arzularını dilə gətirib.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Milli qurtuluş tariximizin xronikası” mövzusunda məruzə edib.
Alim Azərbaycan xalqının milli qurtuluş tarixini üç mühüm mərhələ üzrə təhlil edib. 80-ci illərin sonlarından başlayaraq xalq arasında emosional səviyyədə başlayan qurtuluş hərəkatının Sərhəd hərəkatı ilə əməli səciyyə daşımasından və növbəti üçüncü mərhələdə Azərbaycanın inkişaf yoluna qədəm qoyması ilə əsası qoyulan şanlı tariximizdən danışıb.
Tədqiqatçı məruzəsində ölkəmizin əldə etdiyi inkişaf tempinin yüksələn xətlə davamından, Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan və son illərin ən mühüm nailiyyətlərindən danışıb, xüsusi əhəmiyyət kəsb edən məsələlərlə bağlı fikirlərini bölüşüb.
Tədbirə akademik İsmayıl Hacıyev yekun vurub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib