AMEA Naxçıvan Bölməsi

Bölmənin elmi tədqiqat müəssisələrinə şöbə müdiri vəzifəsinə seçkilər keçirilib


02.02.2024 / 14:59Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin bu gün baş tutan növbəti iclasında Bölmənin elmi tədqiqat müəssisələrinə şöbə müdiri vəzifəsinə seçkilər keçirilib. İclası açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, “Şərq qapısı” qəzetinin 3 noyabr 2023-cü il tarixli sayında AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi, Arxeoloji xidmət şöbələrində, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik, Musiqi və teatr, Onomastika, Ədəbiyyatşünaslıq, Folklorşünaslıq şöbələrində, Əlyazmalar Fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsində müdir vəzifəsi müsabiqəyə çıxarılıb. Akademiya sistemində bu vəzifələr seçkili vəzifə olduğu üçün müsabiqə şərtlərinə uyğun namizədlər gizli səsvermə yolu ilə 5 il müddətinə seçilirlər. Daha sonra qaydaya uyğun olaraq seçkilər keçirilib. Bu məqsədlə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin sədrliyi ilə Hesablama Komissiyası yaradılıb. Nəticələr elan olunduqdan sonra akademik İsmayıl Hacıyev seçilən əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğur arzu edib. Rəyasət Heyəti həmçinin nəşrə hazırlanan iki kitabın çapına icazə verib.