AMEA-nın Naxçıvan Bölməsində “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü” mövzusunda elmi konfrans keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirdə giriş sözü söyləyib. Akademik bildirib ki, Ulu Öndər Heydər Əliyev 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmiş, həmin tarixi qərar milli həmrəyliyimizə xidmət edən mühüm addım olmuşdur.
İsmayıl Hacıyev çıxışı zamanı günümüzədək dünya azərbaycanlılarının təşkilatlanması ilə bağlı dövlətimiz tərəfindən görülən işlərdən, milli həmrəyliyimizin bugünkü vəziyyətindən danışıb.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Həmrəyliyə gedən yolun tarixi xronikası”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov isə “Dünya azərbaycanlılarının həmrəyliyindən bəşəri həmrəyliyə” mövzusunda məruzə ediblər.
Məruzələrdə milli birlik və həmrəyliyimizin vacibliyi əhatəli şərh olunub, bu birliyin milli düşüncənin formalaşmasındakı rolundan söz açılıb. Məhz milli birliyimizə xidmət edən 2001, 2006, 2011, 2016, 2022-ci illərdə keçirilən Dünya Azərbaycanlılarının Qurultaylarının xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasındakı rolundan, həmrəyliyimizə verdiyi töhfələrdən danışılıb. Qeyd olunub ki, əsası Ümummilli Lider tərəfindən qoyulan bu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur.
Sonda akademik İsmayıl Hacıyev bölmənin kollektivini qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək xoş arzularını çatdırıb və konfransa yekun vurub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib