AMEA Naxçıvan Bölməsi

Naxçıvan BölməsininTarix, Etnoqrafiya və Arxeologiya İnstitutu hesabat verib


05.12.2023 / 17:45Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu 2023-cü ildə həyata keçirdiyi elmi və elmi-təşkilati işlərlə bağlı hesabat verib.

          İclası açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev institutun ümumi göstəricilərinə nəzər salıb, fəaliyyətini yüksək qiymətləndirib. Akademik institutun cari ildəki göstəricilərini ötən ilin göstəriciləri ilə müqayisə edib, bəzi məqamları nəzərə çatdırıb.

          Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev institutun 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabatını təqdim edib.

Professor diqqətə çatdırıb ki, il ərzində 1 problem və 1 mövzunu əhatə edən 7 iş 14 mərhələdə yerinə yetirilmişdir. 2023-cü ildə institut əməkdaşlarının 8 monoqrafiya, 1 metodik vəsait, 75 elmi məqalə, 30 konfrans materialı və 1 tezis olmaqla 115 elmi əsəri və 47 qəzеt məqаləsi çap olunmuşdur. Məqalələrdən 4-ü impakt faktorlu jurnallarda dərc olunmuşdur ki, onlardan 3-ü Scopus indeksinə malikdir. Bütün elmi məqalələr beynəlxalq kodlu jurnallarda çap edilmiş, elmi əsərlərə 433 istinad qeydə alınmışdır.

İl ərzində institut əməkdaşları 6 beynəlxalq, 4 respublika səviyyəli konfransda, 20 muxtar respublika səviyyəli tədbirdə,eləcə də Naxçıvan Bölməsindəkeçirilən 25 konfrans və tədbirdə çıxış etmişlər. İnstitutun Еlmi Şurаsının 9 iclаsı, еlmi-tədqiqаt işləri ilə bаğlı 8 sеminаrı kеçirilmişdir. İnstitut əməkdaşları muхtаr rеspublikаdа kеçirilən еlmi, sоsiаl-siyаsi və mədəni tədbirlərdə yахındаn iştirаk еtmiş, müхtəlif tеlеviziyа kаnаllаrındа, rаdiо və mətbuаt оrqаnlаrındа çıхışlar etmişlər. İnstitutda Naxçıvanın ictimai-siyasi və sоsial-iqtisadi tarixinin öyrənilməsi problemi üzrə 1 mühüm nəticə əldə edilmişdir.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tədqiqat dövründə Rusiya, İran, Türkiyə alimləri ilə əməkdaşlıq etmiş, Türkiyə Cümhuriyyətinin Mədə­niyyət və Turizm Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu, Türk Tarix Qurumu və bir sıra ali məktəbləri, ABŞ-nin elm və təhsil müəssisələri, AMEA-nın Tarix, Arxeоlоgiya və Etnоqrafiya İnstitutları ilə sıx elmi əlaqədə оlmuşlar.

Vəli Baxşəliyev 2023-cü ildə institut əməkdaşlarının iştirakı etdiyi beynəlxalq və yerli arxeoloji ekspedisiyaların nəticələrini nəzərə çatdırıb, habelə beynəlxalq elmi indeksləndirmə və xülasələndirmə baza və sistemlərindəki göstəriciləri barədə məlumat verib. Professor çıxışının sonunda  ona ünvanlanan sualları cavablandırıb.

Sonda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək institutun fəaliyyətini və təqdim olunan hesabatı yüksək qiymətləndirmiş, qəbul olunmasını təklif etmişlər.