Ədəbiyyatqəzetinin baş redaktoru Azər Turan AMEA Naxçıvan Bölməsinin qonağı olub
AMEA-nın Naxçıvan Bölməsində “Ədəbiyyat” qəzetinin baş redaktoru, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Azər Turanla görüş keçirilib.
Yığıncağı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. AMEA Naxçıvan Bölməsində ölkənin görkəmli elm, mədəniyyət və incəsənət xadimləri ilə vaxtaşırı görüşlərin keçirildiyini bildirən akademik Azər Turanın həyat yolu və yaradıcılığı barədə danışıb. Alim qeyd edib ki, ruhu Turan sevgisi ilə yoğrulan tədqiqatçının araşdırmalarında Hüseyn Cavid və Əlibəy Hüseynzadənin irsinin öyrənilməsi xüsusi yer tutur. Bölmə sədri Azər Turan yaradıcılığının dilindən, mövzu rəngarəngliyindən söz açıb. Diqqətə çatdırılıb ki, Turan Cavidin mənəvi oğlu kimi böyük bir vəzifəni ləyaqətlə daşıyan tədqiqatçı bu yaxınlarda 60 yaşını qeyd edib. İsmayıl Hacıyev bu münasibətlə səbəbkarı təbrik edib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tədbirdə “Tənqidçi alim haqqında düşüncələr” başlıqlı məruzə edib.
Professor Azər Turanın həyat yolu, elmi araşdırmaları və ictimai fəaliyyəti barədə məlumat verib. Bildirib ki, “Ədəbiyyat” qəzetinin baş redaktoru vəzifəsində çalışdığı müddətdə qəzetdə dərc olunan məqalələrdə oxucuları düşündürən mövzulara marağın artması Azər Turanın səriştəli rəhbərliyi ilə mümkün olmuşdur.
Əbülfəz Quliyev bildirib ki, Cavidlər irsinin tədqiqi və toplanaraq nəşr etdirilməsində, bu irsin diqqətdən kənarda qalmış nümayəndələrinin öyrənilməsində Azər Turanın böyük əməyi vardır. O, çoxsaylı kitab və məqalələrin müəllifidir. Məruzəçi yekun olaraq tədqiqatçının türk tarixi və mədəniyyətinin tanıdılmasındakı xidmətlərindən danışıb.
Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov çıxış ediblər.
Elxan Məmmədov Azər Turanın Cavidlər ailəsinə olan sevgisindən söz açıb, bu sevginin Hüseyn Cavid yaradıcılığında milli məfkurənin birbaşa formalaşmasına hesablanmış fəlsəfədən qaynaqlandığına diqqət çəkib.
“Azər Turan üçün ədəbiyyat sevgisi Əli bəy Hüseynzadə, Hüseyn Cavid və Məhəmməd Hadi üçlüyündən başlayır. Necə ki, Azər Turan Cavid haqqında pıçıltıyla danışır, pıçıltıyla yazır, eləcə də Azər Turan haqqında pafossuz, pıçıltıyla danışmaq lazım gəlir”, - deyən Elxan Məmmədov çıxışının sonunda Azər Turanı 60 illik yubileyi münasibəti ilə təbrik edib.
Ramiz Qasımov çıxışında Azər Turanı Azərbaycan xalqı və türk dünyasının birliyi ideyasına bütün qəlbilə xidmət edən istedadlı qələm sahibi adlandırıb. Bildirib ki, Azər Turan imzası ilə ictimai və elmi mühitdə mühüm mövqeyə malik ədəbiyyatşünas, tənqidçi və yazıçıdır. Azər Turan, xüsusilə Cavidlər ocağının mənəvi varisi olaraq tanınır. O, “Hüsni-xuda şairi Hüseyn Cavid”, “Cavid əfəndi”, “İrfan çobanı”, “Cavidnamə”, “Hüseyn Cavid”, “Əbədi Turan”, “Turan Cavidin son söhbəti, son yaşantıları, son günü”, “Ərtoğrol Cavidin bütün əsərləri: yazıları, rəsmləri, bəstələri, məktubları”, “Mişkinaz Cavid. Cavid haqqında xatirimdə qalanlar” kimi ciddi elmi əhəmiyyətə malik əsərlərin müəllifidir. Alim bildirib ki, Azər Turan həm də türk dünyasının birliyinə, turançılığa xidmət edən görkəmli fikir adamları haqqında çoxsaylı əsərləri ilə elmimizə və ictimai fikrimizə xidmət etmiş, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Bəkir Çobanzadə, Ömər Faiq Nemanzadə və başqa şəxsiyyətlərlə bağlı qiymətli əsərlər yazmışdır.
Sonda “Ədəbiyyat” qəzetinin baş redaktoru, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Azər Turan çıxış edərək tədbirin təşkilinə görə təşəkkür edib.AMEA-nın Naxçıvan Bölməsində “Ədəbiyyat” qəzetinin baş redaktoru, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Azər Turanla görüş keçirilib.

Sonda “Ədəbiyyat” qəzetinin baş redaktoru, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Azər Turan çıxış edərək tədbirin təşkilinə görə təşəkkür edib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib