AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası baş tutub.
Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəliyə çıxarılan məsələlərlə tanış edib.
Bölmə sədri Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli iclası və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi Tədbirlər planının AMEA Naxçıvan Bölməsində icrası barədə məlumat verib, məsələ ilə bağlı fikir mübadiləsi aparılıb.
İclasda həmçinin AMEA Naxçıvan Bölməsində çalışan elmi işçilərin Bölmənin “Elmi əsərlər” və “Axtarışlar” jurnallarına məqalə təqdim etmələri haqqında, AMEA Naxçıvan Bölməsinə 2023-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının yekunları, Naxçıvan Bölməsinin tərkibindən çıxarılaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının həmin müəssisələrə köçürülməsi barədə müzakirə aparılmış, müvafiq qərarlar qəbul olunmuşdur.
Rəyasət Heyəti fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul olmuş bir nəfər əməkdaşın dissertasiya mövzusu və rəhbərinin təsdiq edilməsi, habelə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun bir əməkdaşının 2023-cü ilin ikinci yarısı üçün fərdi iş planının təsdiqi və gündəlikdəki cari məsələlərlə əlaqədar qərarlar qəbul edib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib