Kimya reformatoru: Antuan Loran Lavuazyeadlı kitabının təqdimatı olub
AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin “Kimya reformatoru: Antuan Loran Lavuazye” adlı kitabının təqdimatı keçirilib.
Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev açaraq yeni nəşr haqqında məlumat verib. Bildirib ki, monoqrafiya dahi fransız alimi Antuan Loran Lavuazyenin həyat və yaradıcılığına həsr olunub. Vəsaitdə Loran Lavuazyenin yaradıcılığına dair bir sıra görkəmli alimlərin fikirləri və müəllifin münasibəti də yer alıb.
Daha sonra institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev və Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov çıxış edərək nəşrlə bağlı fikirlərini iştirakçılarla bölüşüblər. Qeyd olunub ki, monoqrafiya Antuan Loran Lavuazyenin həyat və yaradıcılığı ilə maraqlanan hər kəs üçün faydalı ola bilər.
Sonda müəllif Bayram Rzayev çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Naxçıvanın dilçi alimlərindən bəhs edən kitab ictimaiyyətə təqdim olundu
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans