Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyüm[vzusunda elmi konfrans olub
AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda elmi konfrans keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü söyləyib. “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, - deyən akademik bildirib ki, ərazi bütövlüyü məsələsi ölkəmizin ən ağrılı və diqqət tələb edən problemlərindən biridir. Ulu öndərin tariximizdəki mühüm rolundan söz açan bölmə sədri, onun ərazi bütövlüyümüzün qorunması istiqamətində yürütdüyü məqsədyönlü siyasətdən danışıb. Qeyd edib ki, ömrünü xalqının gələcəyinə, Azərbaycanın müstəqilliyinə həsr edən bacarıqlı lider ərazi bütövlüyü məsələsini daim diqqətdə saxlamış, əzm və qətiyyətlə mübarizə aparmışdır.
Konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Heydər Əliyevin hakimiyyətinin birinci dövründə (1969-1982-ci illər) Azərbaycanın sosial-iqtisadi inkişafı”, elmi işçi Nilufər Ağayeva “Naxçıvanın ərazi bütövlüyünün qorunmasında Heydər Əliyevin rolu”, institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Müstəqillik illərində Heydər Əliyevin xarici siyasəti və ölkəmizin ərazi bütövlüyü”, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Heydər Əliyevin regional təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyəti” mövzusunda məruzə ediblər.
Məruzələrdə XIX əsrdə tarixi ərazilərimizin Rusiya və İran arasında bölüşdürülməsindən, xüsusilə ötən əsrin 20-ci illərində əzəli Azərbaycan torpaqlarında yaradılan Ararat Respublikası və sonrakı dövrdə xalqın iradəsinə zidd olaraq ermənilərə pay verilən torpaqlarımız barədə məlumat verilib.
Qeyd olunub ki, uzaqgörən lider Heydər Əliyev məsul vəzifələrdə çalışarkən, eləcə də ölkəmizə rəhbərliyinin hər iki dövründə ərazi bütövlüyü məsələsinə xüsusi həssaslıqla yanaşmış, bu məsələni daim diqqətdə saxlamış, hələ Sovet hakimiyyəti dönəmində ermənilərin əsassız ərazi iddialarının qarşısını qətiyyətlə almışdır.
Ulu öndərin ölkəyə rəhbərliyinin birinci dövründə sosial-iqtisadi sahədə qeydə alınan inkişafın əvvəlki dövrlə müqayisəli təhlil edildiyi məruzələrdə diqqətə çatdırılıb ki, bu uğurlu fəaliyyət Ümummilli liderin Azərbaycana rəhbərliyinin müstəqillik dövründə də davam etmişdir.
Məruzələrdə həmçinin Ümummilli liderin ordu quruculuğu sahəsində apardığı islahatlardan, yüksək peşakarlığa malik hərbçilərin hazırlanması məqsədilə gördüyü işlərdən və həmin tədbirlərin bugünkü nəticələrindən bəhs olunub. Ulu öndərin Lissabon sammitində nümayiş etdirdiyi qətiyyət və siyasi iradə sayəsində əldə olunan uğur Azərbaycan diplomatiyasının qələbəsi kimi səciyyələndirilib.
Vurğulanıb ki, Heydər Əliyevin qətiyyətli mövqeyi ərazi bütövlüyümüzün qorunması və bərpası ilə bağlı dünya liderləri ilə danışıqlarında, tribunalarda etdiyi çıxışlarında, müxtəlif beynəlxalq təşkilatların gündəliyində əksini tapmışdır. Məhz Heydər Əliyevin dünyaya çatdırdığı Azərbaycan reallıqları, tarixi həqiqətlər bu gün öz bəhrəsini vermişdir. Ulu öndər Heydər Əliyev onilliklərin işini qısa zaman diliminə sığdırmağı bacarmış, beynəlxalq əlaqələri genişləndirməklə xarici investorları ölkəyə cəlb etmiş, Azərbaycanın gələcək inkişafının qarantı olmuşdur.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib