AMEA Naxçıvan Bölməsi

AMEA Naxçıvan Bölməsində yarım ilin yekunları təqdim olunub


14.07.2023 / 17:47Tədbirlər



AMEA Naxçıvan Bölməsində yarım ilin yekunları ilə bağlı hesabat iclası keçirilib.

İclası açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmə əməkdaşlarının ümumi fəaliyyətinə nəzər salıb, cari ilin altı ayı ərzində qeydə alınan göstəriciləri ötən ilki göstəricilərlə müqayisə edib.

Daha sonra Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov AMEA Naxçıvan Bölməsinin 2023-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə edib.

Məruzəçi diqqətə çatdırıb ki, 2023-cü ilin birinci yarısında AMEANaxçıvan Bölməsi Azərbaycan Respublikasının Prezidentininvə Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin, eləcə də AMEA-nın fərman, sərəncam və qərarlarından irəli gələn vəzifələri yerinə yetirməyə çalışmışdır.

Hesabat dövründə tədqiqatlar 3 elmi istiqamətdə, 3 problemi əhatə edən, 3 mövzuya daxil olan 17 iş 35 mərhələ üzrə yerinə yetirilmişdir. Elmi araşdırmalar 1 akademik, 3 professor, 3 elmlər doktoru, 19 fəlsəfə doktoru, 9 doktorant və dissertant tərəfindən aparılmışdır.

Orxan Bağırov bildirib ki, 2023-cü ilin birinci yarısında bölmə əməkdaşlarının 8-i monoqrafiya, 3-ü kitab, 1-i proqram, 101-i elmi məqalə, 31-i konfrans materialı, 4-ü tezis olmaqla 148 elmi əsəri nəşr olunmuşdur. Əsərlərdən 1 monoqrafiya, 11 məqalə, 4 konfrans materialı, 4 tezis xaricdə çap edilmiş, elmi məqalələrin 6-sı impakt faktorlu jurnallarda çapdan çıxmışdır.

Elmi məqalələrin 15-i xaricdə olmaqla 97-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda dərc olunmuş, əməkdaşların əsərlərinə 202 istinad qeydə alınmışdır. Bölmə əməkdaşlarının 170 qəzet məqaləsi işıq üzü görmüşdür. Bölmənin Rəyasət Heyəti tərəfindən 6 kitab və monoqrafiya çapa tövsiyə edilmişdir.

Bölmədə nəşr olunan “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin 2 nömrəsi çapdan çıxmış, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən “Heydər Əliyev ideyaları və müasir dövr” adlı respublika konfransının materialları çapa təqdim olunmuşdur. “Taleyi və sənəti” seriyasından Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Taleyi və siyasi fəaliyyəti” seriyalı məqalələr toplusu çapa hazırlanmışdır.

Vurğulanıb ki, hesabat dövründə AMEA-nın Naxçıvan Bölməsi ABŞ, Fransa, Polşa, Türkiyə və Rusiyanın müxtəlif elm və təhsil müəssisələri, eləcə də alimlərləsıx elmi əlaqələrdə оlmuş, səmərəli əməkdaşlıq etmişlər.

2023-cü ilin birinci yarısında bölmədə 1 respublika səviyyəli, 11 bölmə səviyyəli elmi konfrans, 6 tədbir, 7 kitab və monoqrafiya təqdimatı keçirilmişdir.

Məruzəçi diqqətə çatdırıb ki, NDU-nun AMEA NaxçıvanBölməsinə hamiliyə verilmiştələbələrinin iştira­kı iləelmi-tədqiqat müəssisələrində müvafiqlayihələr çərçivəsində tədbirlər keçirilmişdir.

2023-cü ildə alim və ziyalılarla məktəblilərin görüşünün təşkil olunması xüsusi diqqətdə saxlanılmış,“Sabahın tədqiqatçıları” layihəsi üzrə 19 şagird bölmə alimləri tərəfindən tədqiqatlara cəlb edilərək uğurlu nəticələr əldə etmişlər.

İlin birinci yarısında bölməninElmi Kitabxanasınınfonduna2212 ədəd kitab, 65 ədəd jurnal, 48ədəd avtoreferat, 1 ədəd dissertasiya daxil edilmiş, 6 sərgi təşkil olunmuşdur.

Əməkdaşlardan filologiya elmləri doktoru Nuray Əliyeva Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmiş, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova “Təşəkkür bəlgəsi” almışdır.

Sonda çıxış edən AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin üzvləri, professorlar Hacıfəxrəddin Səfərli, Əbülfəz Quliyev və Vəli Baxşəliyev bölmənin cari ilin birinci yarısı üzrə hesabatını məqbul hesab edərək qəbul olunmasını təklif ediblər.