AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti yığıncağı olub.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları iclasın gündəliyi ilə tanış edib.
AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov iclasda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələrlə bağlı əhatəli məruzə edib.
Məruzənin ardından gündəlikdəki elmi-təşkilati məsələlərlə bağlı çıxışlar olub.
Akademik İsmayıl Hacıyev iclasda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyi haqqında” qərarı barədə məlumat verib, həmin qərara müvafiq olaraq AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr və görüləcək işlərdən danışıb.
Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən iyun ayında AMEA Naxçıvan Bölməsinə göndərilmiş məktubların icrası, habelə bölmə əməkdaşlarının kütləvi informasiya vasitələrində iştirakı və cari ilin ikinci rübündə görülmüş işlərə aid hesabatın hazırlanması barədə çıxış edib.
Elm və təhsil şöbəsinin müdiri, dosent Orxan Bağırov AMEA Naxçıvan Bölməsində 2023-cü ilin birinci yarısındakı elmi, elmi-təşkilati fəaliyyətinə dair hesabatın keçirilməsinə hazırlıqla bağlı son məlumatları diqqətə çatdırıb.
Şərh olunan məsələlərlə bağlı irəli sürülən təkliflər Rəyasət Heyəti tərəfindən dəyərləndirilib, müvafiq qərarlar qəbul olunub.
Gündəlikdəki digər cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vurulub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib