AMEA Naxçıvan Bölməsi

Naxçıvan BölməsindəRəyasət Heyəti növbəti dəfə toplanıb


24.05.2023 / 16:17Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub.

İclasda Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev gündəliyə çıxarılan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov iclasda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin “Dövlət qurumlarında mövcud vəziyyətin təhlili ilə əlaqədar keçirilən sorğuda iştirakla bağlı” məktubunun icrası, akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsində 2023-cü ilin ikinci rübündə görülmüş və rübün sonunadək yerinə yetirilməsi nəzərdə tutulan işlər barədə, Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov “AMEA Naxçıvan Bölməsinin Biblioqrafik göstəriciləri - 2022” kitabının nəşri barədə məlumatı Rəyasət Heyətinə təqdim ediblər.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov dövri mətbuatda fəallığına görə AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif edilib. İsmayıl Hacıyev bu uğuru münasibətilə Ramiz Qasımovu təbrik edib. Bildirib ki, onun müntəzəm dərc olunan elmi-publisistik məqalələri, toxunduğu mövzular Azərbaycan ədəbi mühitinin, ədəbi prosesin tədqiqi və təbliği, habelə cəmiyyətimiz üçün aktuallıq kəsb etməsi baxımından önəm daşıyır.

Daha sonra Kadr və ümumi işlər şöbəsinin müdiri Filurə Sadıqova AMEA Naxçıvan Bölməsində vakant vəzifələrə qəbul üçün müraciət edən şəxslər barədə məlumat verib. Bölmədə yaradılmış Müsahibə Komissiyasının rəyinə əsasən müraciət edənlər uyğun vəzifələrə təyin olunublar.