Naxçıvan Dövlət Universitetinin AMEA-nın Naxçıvan Bölməsində təcrübə keçən “Tarix” ixtisasının IV kurs tələbələri ilə görüş olub.
Tələbələrdə elmə marağın artırılması, elmi araşdırmaların mahiyyətinin və önəminin aşılanması məqsədilə keçirilən görüşdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev gənclərlə söhbət aparıb. Akademik təcrübəçilərə tarixçi olmağın məsuliyyətindən danışıb, rəhbərlik etdiyi AMEA Naxçıvan Bölməsində savadlı, sahəsini dərindən mənimsəmiş, ən əsası isə elmə marağı olan gənclərə olan tələbatdan söz açıb. Uzun illərin qazandırdığı təcrübələrinə əsaslanan bölmə rəhbəri gənclərə müəyyən tövsiyələr verib.
Qarşılıqlı söhbət şəklində davam edən görüşdə tələbələr mövzu ilə bağlı fikirlərini bildiriblər, onları maraqlandıran sualları akademikə ünvanlayıblar.
Görüşdə çıxış edən Naxçıvan Dövlət Universitetinin dosenti, təcrübə rəhbəri Rəsul Bağırov təcrübə müddətində plana əsasən yerinə yetirilmiş və görülməsi nəzərdə tutulan işlər barədə məlumat verib. Tələbələrin təcrübə müddətindən səmərəli faydalanması üçün göstərilən hərtərəfli dəstəyə görə minnətdarlıq edib.
Sonda akademik İsmayıl Hacıyev gənclərə öz kitablarını və müxtəlif jurnallar bağışlayıb.
Məlumat üçün qeyd edək ki, NDU-nun Tarix-filologiya fakültəsinin “Tarix” ixtisası üzrə təhsil alan IV kurs tələbələrnin aprel ayının 17-də başlayan istehsalat təcrübəsi 31 may tarixində başa çatacaq.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib