AMEA Naxçıvan Bölməsinin 2022-ci ildəkielmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası olub.
Əvvəlcə Bölmə əməkdaşlarının 2022-ci ildə nəşr olunan əsərlərindən ibarət sərgiyə baxış olub.
Yığıncağı açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 iyul 2022-ci ildə ölkəmizdə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərmanınıxatırladaraq bildirib ki, həmin Fərmanla ölkədə elm və təhsil sahəsində əsaslı islahatlara başlanılmışdır.Akadmeik Fərmanla əlaqədar olaraq AMEA-nın, eləcə də Naxçıvan Bölməsinin strukturunda olan dəyişiklikləri dinləyicilərin diqqətinə çatdırıb, iclas iştirakçılarına uğurlar arzulayıb.
Bölmə sədri çıxışı zamanı AMEA Naxçıvan Bölməsinin 2022-ci il üzrə göstəricilərini ötən illə müqayisə edib, müsbət və diqqət yetirilməli məqamları nəzərə çatdırıb.
Daha sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2022-ci ildəki fəaliyyəti, yerinə yetirilən elmi və elmi-təşkilati işlər barədə hesabatı məruzə edib.
Məruzədə qeyd olunub ki, 2022-ci ildə AMEA Naxçıvan Bölməsində Azərbaycan Respublikası Prezidentinin 11 adda fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 adda sərəncam və qərarları, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin 21 adda fərman, sərəncam və qərarları, Azərbaycan Milli Elmlər Akademiyasının 11 adda sərəncam və qərarlarından irəli gələn vəzifələr icra edilmiş, bölmə9 Dövlət Proqramının icrasında iştirak etmişdir.
İl ərzində AMEA-nınNaxçıvan Bölməsində 6 elmi istiqamətdə, 6 prоblemi əhatə edən, 7 mövzu üzrə 36 iş87 mərhələdə tamamlanmış, 6 mühüm nəticə əldə olunmuşdur. Bölmə əməkdaşlarının12 monoqrafiyası, 24kitabı, 2 metodik vəsaiti, 402 elmi məqaləsi, 183 konfrans materialı, 3 tezisi olmaqla 626 elmi əsəri çap olunmuş, 1 xəritə və 1 buklet tərtib edilmişdir. 2monoqrafiya, 66 məqalə, 73 konfrans materialından ibarət 141 əsər xaricdə çap olunmuşdur. 14-ü Web of Science, Scopus və başqaelmi bazalara daxil jurnallarolmaqla, ümumilikdə 40 məqalə impakt faktorlu elmi nəşrlərdədərc edilmişdir. Məqalələrin 328-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda nəşr olunmuşdur ki, onlardan 69-u xaricdə çap edilmiş əsərlərdir. Hesabat dövründə əməkdaşların əsərlərinə 969 istinad qeydə alınmışdır.
AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər”,İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının hər birinin 4 nömrəsi, “Taleyi və sənəti” seriyasından 2 kitabçapdan çıxmış, bölmə əməkdaşlarının 273 qəzet məqaləsi işıq üzü görmüşdür.
2022-ci ildə AMEA Naxçıvan Bölməsi tərəfindən YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair layihə və 2 beynəlxalq qrant layihə icra edilmişdir.
Orxan Bağırov məruzəsində AMEA Naxçıvan Bölməsinin kadr potensialı barədə məlumat verərək bildirib ki, hesabat ilində bölmənin 6 əməkdaşı doktorantura və dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığına qəbul olmuş, mövzuları və rəhbərləri təsdiqlənmişdir. İl ərzində 3 nəfər elmlər doktoru, 2 nəfər fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 2 nəfər dosent elmi adını almışdır. Bölmədə 4 ixtisas üzrə 2 Dissertasiya Şurası fəaliyyət göstərir.
Hesabat dövründə AMEA Naxçıvan Bölməsi və Türk Tarix Qurumu Başqanlığı arasında elmi əməkdaşlığa dair müqavilə imzalamış, bölmə əməkdaşlarıxaricdə və ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə çıxış etmişlər.
Hesabat məruzəsində həmçinin bölmədə həyata keçirilən tətbiq yönümlü işlər, elm və təhsilin inteqrasiyası sahəsində görülən tədbirlər və əldə olunan nəticələr, maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı yeniliklər diqqətə çatdırılıb. Qeyd olunub ki, hesabat dövründə Naxçıvan Bölməsində 1beynəlxalq, 7 muxtar respublika səviyyəli, 15 bölmə səviyyəli konfrans və tədbir, habelə kitab müzakirələri və digər tədbirlər keçirilmişdir.
Yaradılmasının 20 illik yubileyi ilə əlaqədar AMEA-nın Naxçıvan BölməsiNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmiş, əməkdaşlardan 4 nəfər müxtəlif jurnalların redaksiya heyətinə üzv və hakim seçilmiş,1 nəfərAzərbaycanYazıçılar Birliyinə, 1 nəfərAzərbaycan Aşıqlar Birliyinəüzv seçilmişdir. Bölmə əməkdaşlarından 2 nəfər elm sahəsində səmərəli fəaliyyətinə görəNaxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla, 10 nəfərisə Bölmənin Fəxri Fərmanı ilə təltif edilmişdir.
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyəti üzvlərindən AMEA-nın həqiqi üzvü Tariyel Talıbov, AMEA-nın müxbir üzvü Tofiq Əliyev və Bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək təqdim olunan hesabatın qəbul olunmasını təklif ediblər.
İclasın sonunda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov 2022-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə Bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif ediliblər.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib