AMEA-nın Naxçıvan Bölməsində baş tutan hesabat iclasını Bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. İnstitutların 2022-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirən akademik bildirib ki, aparılan tədqiqat işlərinin kəmiyyət və keyfiyyət göstəricilərində artımın müşahidə olunması hər iki elmi-tədqiqat müəssisəsində qarşıya qoyulan vəzifələrin icra olunduğunu göstərir.
Daha sonra Biоresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov İnstitutda 2022-ci ildə yerinə yetirilən elmi və elmi-təşkilati işlərlə bağlı məruzə edib. Məruzədə bildirilib ki, cari ildə Bioresurslar İnstitutunda elmi-tədqiqat işləri 1 prоblem, 1 mövzuya daxil оlan 10 iş üzrə 25 mərhələdə aparılmışdır.
2022-ci ildə institut əməkdaşlarının 152 elmi əsəri o cümlədən, 2 monoqrafiyası, 2 metodik vəsaiti, 88 elmi məqaləsi və 60 konfrans materialı nəşr olunmuş, 1 buklet və1 xəritə tərtib edilmişdir. Əsərlərdən 22 məqalə və 23 konfrans materialı xaricdə çapdan çıxmışdır. Məqalələrdən 72-si beynəlxalq kodlu jurnallarda dərc edilmişdir. İmpakt faktorlu jurnallarda nəşr olunan 18 elmi məqalədən8-i Web of Science, Scopus, Springer, AGRİS və s. elmi bazalara daxil olan jurnallarda dərc edilmiş, əməkdaşların elmi məqalələrinə 52 istinad qeydə alınmışdır. KİV-də 44 məqаlə dərc olunmuş, 2 mühüm nəticə əldə edilmişdir.
Tədqiqat dövründə “Naxçıvan Muxtar Respublikasında bəbirin monitorinqinin aparılması və onun mühafizə strategiyası” beynəlxalq qrant layihəsinin icrası uğurla davam etdirilmiş, bitki və heyvan növlərinin invertarlaşdırılaraq məlumat bazasının yaradılması, xüsusi mühafizə olunan təbiət ərazilərində birgə monitorinqlərin keçirilməsi işi diqqətdə saxlanılmışdır.
Muxtar respublikanın biomüxtəlifliyinin, yerli iqlim şəraitinə uyğun məhsuldar bitki sortlarının müəyyənləşdirilməsi və əkinçilikdə tətbiq olunması, milli genofondun qorunması məqsədilə tədqiqatlar aparılmış, torpaqların münbitliyinin artırılması imkanları öyrənilmişdir.
İnstitutun əməkdaşları yerli və beynəlxalq konfranslarda, müxtəlif tədbirlərdə, radiо və televiziyada məruzə və çıxış etmişlər. İnstitutun 2 əməkdaşı elm sahəsində səmərəli fəaliyyətinə görəNaxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla, 1 əməkdaşı AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmiş, 1 nəfər elmlər doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.
Təbii Ehtiyatlar İnstitutunda 2022-ci ildə yerinə yetirilən elmi və elmi-təşkilati işlər barədə məlumat verən İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev söyləyib ki, institutda 1 istiqamət, 1 prоblem üzrə 1 mövzunu əhatə edən 6 iş 21 mərhələdə aparılmışdır.
İl ərzində institut əməkdaşlarının 100 elmi əsəri, о cümlədən 1 monoqrafiyası, 5 kitabı, 53 elmi məqaləsi, 41 konfrans materialı dərc olunmuşdur. Əsərlərdən 12 məqalə, 20 konfrans materialı xaricdə nəşr edilmiş, məqalələr beynəlxalq kodlu jurnallarda çapdan çıxmışdır. İmpakt faktorlu jurnallarda çap olunan 9 elmi məqalədən 2-si Web of Science və Scopusindekslidir. Elmi əsərlərə 115 istinad qeydə alınmış, institut əməkdaşlarının 16 qəzet məqaləsi işıq üzü görmüşdür. İnstitutda muxtar respublika ərazisindəki təbii sərvətlərin geoloji, kimyəvi, fiziki tədqiqi, avtomatlaşdırılması, hidroloji və landşaft şəraitinin öyrənilməsi, seysmoloji tədqiqatlar, sosial iqtisadi infrastrukturların yerləşmə qanunauyğunluqlarının araşdırılması üzrə 1 mühüm nəticə əldə edilmişdir.
Hesabat dövründə 1 nəfər fəlsəfə doktoru dissertasiya işini uğurla müdafiə etmiş, 1 əməkdaş isə dosent elmi adı almışdır.İnstitut əməkdaşları 11 beynəlxalq konfransda, 1 respublika konfransında, müxtəlif tədbirlərdə və kitab müzakirələrində məruzə və çıxış etmişlər.
Cari ildə İnstitutda Təbii Sərvətlər Muzeyi fəaliyyətə başlamış, Şorsu palçığının quru və yaş formada paketlərinin hazırlanması və satışı davam etdirilmişdir.
İnstitutda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən tələbələrinin iştirakı ilə elmi-praktikiseminarlar keçirilmişdir. “Sabahın tədqiqatçıları” layihəsində səmərəli nəticələr əldə olunmuş, layihəninyekun tədbirində layihə rəhbərləri vəşagirdlər diplom və sertifikatlar almışlar.
Sonda AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Əbülfəz Quliyev çıxış edərək hesabatları yüksək qiymətləndirmiş və qəbul olunmalarını təklif etmişlər.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib