AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsində iki elmi-tədqiqat institutu hesabat verib


05.12.2022 / 17:44Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat İnstitutlarında 2022-ci il ərzində həyata keçirilən elmi və elmi-təşkilati işlərlə bağlı hesabat iclası olub.

Yığıncağı açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev hər iki institutun fəaliyyətinə nəzər salıb, bu ilki ümumi göstəriciləri ötən ilin göstəriciləri ilə müqayisə edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin cari il üzrə hesabatını təqdim edib. Bildirilib ki, 2022-ci ildə Tаriх, Еtnоqrаfiyа və Аrхеоlоgiyа İnstitutunda 1 istiqamət, 1 problem, 1 mövzunu əhatə edən 8 iş üzrə 14 mərhələdə elmi-tədqiqat işləri aparılmış, 1 mühüm nəticə əldə olunmuşdur. Hеsаbаt dövründə Аzərbаycаnın ayrılmaz tərkib hissəsi оlan Nахçıvаn bölgəsinin tаriхinin müхtəlif prоblеmləri araşdırılmış, Nахçıvаnın аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dаir tədqiqаtlаr аpаrılmışdır.

Nəticə etibarilə, 2022-ci ildə əməkdаşlаrın 3 monoqrafiya, 12 kitab, 77 elmi məqalə və 34 konfrans materialı olmaqla 126 еlmi əsəri, 52 qəzеt məqаləsi nəşr оlunmuşdur. Əsərlərdən 27-si xaricdə dərc olunmuşdur. 3-ü Web of Science indeksli olmaqla 4 elmi məqalə impakt faktorlu jurnalda çap edilmi, əsərlərə 621 istinad qeydə alınmışdır.

Vurğulanıb ki, əməkdaşlar il ərzində ölkəmizdə və dünyada keçirilən konfrans və simpoziumlarda məruzələretmiş, müxtəlif tədbirlərdə çıxışiştirak etmişlər.

İl ərzində institut əməkdaşlarından tarix elmləri doktoru, dosent Emin Şıxəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, və tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişlər.hesabat ilində institutun elmi dərəcəli əməkdaşları muxtar respublikanın orta ümumtəhsil məktəblərində nümunəvi dərslər tədris etmiş, həmçinin iki nəfər əməkdaş interaktiv dərs keçmişdir. “Sabahın tədqiqatçıları-2022”layihəsində fəal iştirak edən alimlər səmərəli elmi rəhbərliyə görə  sertifikatla təltif olunmuşlar.

İclasda çıxış edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, institutda 2022-ci ilin elmi-tədqiqat işlərinin planına əsasən 1 istiqamət, 1 prоblem üzrə 1 mövzunu əhatə edən 7iş üzrə 17mərhələdə tədqiqatlar davam etdirilmişdir.

Hesabat ili ərzində institut əməkdaşlarının 4monoqrafiya,5 kitab, 131 elmi məqalə, 31 konfrans materialı və 1 tezis olmaqla, 171 elmi əsəri, 149 qəzet məqaləsi nəşr olunmuş, 1 mühüm nəticə alınmışdır. Əsərlərə 181 istinad qeydə alınmış, 56elmi əsər çapa təqdim edilmişdir. Əsərlərdən 26-sı xaricdə, 4 məqalə impakt faktorlu jurnalda dərc olunmuşdur, bunlardan biri 1-i Web of Science indeklidir. İnstitutun “Axtarışlar” jurnalının il ərzində 4 nömrəsi dərc olunmuşdur.

İnstitutun əməkdaşları 2022-ci il ərzində 44 beynəlxalq, 13 respublika, 17 muxtar respublika səviyyəli elmi konfransda çıxış etmiş, 11 elmi dərəcəli əməkdaş muxtar respublikanın orta ümumtəhsil məktəblərində nümunəvi dərslər keçmişdir.

“Sabahın tədqiqatçıları-2022” layihəsi çərçivəsində institutun 4 əməkdaşı Naxçıvan şəhərindəki tam orta məktəblərin yuxarı sinif şagirdlərinin tədqiqatlarına elmi rəhbərlik etmiş, uğurlu nəticəyə görə sertifikatla təltif edilmişlər.

Sonda Rəyasət Heyətinin üzvlərindən AMEA-nın həqiqi üzvü Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Vəli Baxşəliyev və Tofiq Əliyev çıxış edərək hər iki hesabatı yüksək qiymətləndirmiş və qəbul olunmasını təklif etmişlər.