AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası olub. Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq gündəliyə çıxarılan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İsmayıl Hacıyev əvvəlcə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamı barədə məlumat verib. Həmin Sərəncamdan irəli gələn vəzifələri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının qarşısına qoyulan vəzifələri dinləyicilərin diqqətinə çatdırıb.
Bölmə rəhbəri qeyd edib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası məqsədilə AMEA Naxçıvan Bölməsində 8 maddədən ibarət Tədbirlər Planı hazırlanmış, konfrans və tədbirlərin keçirilməsi, elmi nəşrlərin hazırlanması və başqa fəaliyyətlər nəzərdə tutulmuşdur.
Sonra İsmayıl Hacıyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı və Dövlət Proqramının əhatə etdiyi məsələləri iclas iştirakçılarının nəzərinə çatdırıb, Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işlərindən danışıb.
İclasda Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin “2023-cü il üçün AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin planlaşdırılması haqqında” Sərəncamı və Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr, 2022-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların keçirilməsinə hazırlığın vəziyyəti və gündəlikdəki digər məsələlər Rəyasət Heyəti tərəfindən müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.
Heydər Əliyevin dövlətçilik siyasəti və müasirlik
mövzusunda elmi konfrans olub
28 May - Müstəqillik Günü münasibətilə tədbir olub
Naxçıvan BölməsindəRəyasət Heyəti növbəti dəfə toplanıb
Təcrübəçi tələbələrlə görüş olub