AMEA Naxçıvan Bölməsi

Tədqiqatlar davam edir


02.06.2022 / 10:05Tədbirlər



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq nəzərdə tutulan işlərin I mərhələsi 2021-ci ildə yerinə yetirilib.
Artıq AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin şöbə müdiri Fazilə Fərəcova birgə araşdırmaların II mərhələsinə başlayıblar.
Belə ki, 2022-ci il yanvar ayından başlayaraq mart ayına qədər hazırlıq işləri görülüb: görüləcək işin mövzusu, əkin yeri seçilib və metodikası hazırlanıb. Tədqiqatda əkin materialı olaraq Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən göndərilən “Mayak”, “İqranda” və Naxçıvan Muxtar Respublikası üçün rayonlaşdırılmış yerli “Kosacan” sortları mayın 16-da şitillikdən sahəyə köçürülüb. Müşahidə müddətində “Araz” Elm İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatında pomidor əkin sahələri ilə bərabər taxıl, sarımsaq, xiyar, qarpız, üzüm və meyvə əkin sahələrinin inkişaf fazalarına da diqqət yetirilib.