AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “Filologiya” ixtisası I kurs tələbələrinin iştirakı ilə elmi-praktik seminar keçirilib.
Seminarda çıxış edən institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov tələbələrin hamiliyə verilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, “Filologiya” ixtisası üzrə təhsil alangənclərin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuilə sıx əməkdaşlığı, gələcək kadrların formalaşmasına yönəlik tədbirlərdə iştirakı onların elm mühitinə uyğunlaşmasında, ixtisas sahəsinə marağın artırılmasında müstəsna rola sahibdir. Alim tələbələrin bu tip tədbir, seminar və müzakirələrdə mütəmadi iştirakının onların əsl mütəxəssis kimi ixtisaslaşmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə edib.
İnstitutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov seminarda “Yerli müəlliflər Naxçıvan teatrının səhnəsində” mövzusunda geniş və əhatəli məruzə edib. Tədqiqatçı məruzə əsnasında Naxçıvan teatrının keçdiyi inkişaf yoluna nəzər salıb, Naxçıvan ədəbi mühiti nümayəndələrinin səhnələşdirilən əsərləri, həmin əsərlərin səhnə tərtibatındakı oxşar və fərqli xüsusiyyətlərini təhlil edib.
Məruzənın ardından institut əməkdaşlarından dosentlər Ramiz Qasımov və Aytən Cəfərova, eləcə də tələbələrdən Jalə Hüseynova, Lamiyə Əliyeva, Xuraman Yusifzadə və Nərmin Abbasova mövzu ilə bağlı fikir mübadiləsi aparıblar. Maraqlı davam edən müzakirə yaranan sualların cavablandırılması ilə yekunlaşıb.
Seminardan sonra tələbələr Musiqi və teatr şöbəsinin işi ilə yaxından tanış olublar.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib