AMEA Naxçıvan Bölməsi

Tələbələrin iştirakı ilə növbəti məşğələ olub


26.04.2022 / 15:28Tədbirlər



Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsi əyani şöbəsinin “Tərcümə (Ərəb-Azərbaycan dilləri)” və “Tərcümə (Fars-Azərbaycan dilləri)” ixtisası üzrə IV kurs tələbələrinin Əlyazmalar Fondunda keçirilən tərcümə təcrübəsinin vəziyyətinə dair xüsusi məşğələ keçirilib.
Məşğələdə iştirak edən fondun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov tələbələrin tərcümə təcrübəsini səmərəli şəkildə keçməsi üçün lazımi vəsaitlərlə təmin edildiyini, bundan sonra da məşğələlərin səmərəli keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Təcrübənin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov aparılan məşğələlər, tələbələrin tərcümə etdiyi mətnlərin mövzusu, məzmunu və keyfiyyəti haqqında ətraflı məlumat verib.
Fondun şöbə müdiri Fəxrəddin Eylazov tələbələrin tərcümə etdiyi mətnləri nəzərdən keçirərək tərcümə işlərinin keyfiyyətini daha da artırmaq üçün gənclərə müəyyən tövsiyələr verib. Tədqiqatçı qeyd edib ki, tərcümə mətnləri aktual mövzuları əhatə etməlidir.
Məşğələnin sonunda tələbələrin sualları cavablandırılıb.