AMEA Naxçıvan Bölməsi

Təcrübəçi tələbələr üçün seminar olub


04.03.2022 / 15:42Tədbirlər



AMEA Naxçıvan Böməsinin Elmi Kitabxanasında elmi-tədqiqat təcrübəsi keçən magistr tələbələrin iştirakı ilə seminar keçirilib. Tələbələrə kitabxanadan istifadə qaydaları, xidmət üsulları barədə məlumat vermək və onları düzgün istiqamətləndirməkdən məqsədilə keçirilən seminarı giriş sözü ilə kitabxananın direktoru Sahab Əliyeva açıb O, kitabxananın fəaliyyəti, fondlarda mühafizə olunan kitablar və digər mənbələr haqqında ətraflı məlumat verib.
Kitabxananın fond müdiri Kəmalə Quliyeva çıxış edərək təcrübə zamanı istifadə edəcəkləri kitabların həm ənənəvi, həm də elektron formada axtarışı və onlardan istifadə qaydaları barədə gəncləri məlumatlandırıb.
Müzakirə şəklində keçən seminarda tələbələr də öz fikirlərini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb.