AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin mütəxəssisi Gülvira Abbasova iclasda bölmənin attestasiyadan keçirilən doktorant və dissertantları, həmçinin təhsil müddətini bitirərək azad olunan doktorant və dissertantlar haqqında məlumat verib. Bildirilib ki, cari ildə Naxçıvan Bölməsində 9 doktorant və 30 dissertant tədqiqatını davam etdirir, fəlsəfə doktoru hazırlığı üzrə 12 dissertant, elmlər doktoru hazırlığı üzrə 4 doktorant və 1 dissertant isə artıq təhsil müddətini başa vurub. Hazırda təhsil alan doktorant və dissertantlar Vətən tarixi, arxeologiya, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, folklorşünaslıq, müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik, botanika, bioloji ehtiyatlar, fiziki kimya, qeyri-üzvi kimya, yarımkeçiricilər fizikası, astrofizika və ulduz astronomiyası, geofizika faydalı qazıntıların geofiziki axtarış üsulları, informasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi, memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası, dekorativ tətbiqi sənət, incəsənətin nəzəriyyəsi, təhlili və tənqidi ixtisasları üzrə tədqiqatları davam etdirirlər.
Daha sonra elmlər doktorluğu və fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün tədqiqat aparan, eləcə də təhsilini başa vuran doktorant və dissertantların apardıqları araşdırmaların icra vəziyyəti müzakirə olunub.
İclasda həmçinin AMEA Naxçıvan Bölməsində çalışan bəzi əməkdaşların Vahid Tarif Cədvəli üzrə vəzifə və dərəcələrinin artırılması və gündəlikdəki digər məsələlər müzakirəyə çıxarılaraq müvafiq qərarlar qəbul olunub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib