AMEA Naxçıvan Bölməsi

Sabahın tədqiqatçıları Bioresurslar İnstitutunda olub


10.12.2021 / 16:58Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsinin 2021-2022-ci tədris ilində biologiya istiqaməti üzrə tədqiqat aparacaq şagirdlər AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda olublar.
İnstitutla tanışlıq zamanı baş direktor, biologiya elmləri doktoru İsmayıl Məmmədov elmi-tədqiqat müəssisəsinin fəaliyyəti, burada həyata keçirilən elmi-tədqiqat işləri haqqında qısa məlumat verib. Təbiət muzeyində sərgilənən eksponatlar uşaqlar tərəfindən maraqla qarşılanıb.
Daha sonra institutun şöbə və laboratoriyalarında şagirdlərə aparacaqları tədqiqat mövzuları üzrə icra olunacaq işlərlə bağlı məlumat verilib.
Sonda gələcək tədqiqatçılar elmi rəhbərləri ilə aparacaqları tədqiqatları müzakirə ediblər.