AMEA-nın Naxçıvan Bölməsində çalışan gənc əməkdaşlarla görüş olub. Bölmənin sədri, akademik İsmayıl Hacıyev yığıncaqda çıxış edərək 21 sentyabr 2021-ci il tarixdə keçirilən müşavirədən irəli gələn vəzifələrlə bağlı gənc tədqiqatçıları məlumatlandırıb.
Akademik diqqətə çatdırıb ki, AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazası ilbəil təkmilləşdirilir, elmi tədqiqatların, çöl tədqiqatlarının aparılması üçün hərtərəfli şərait yaradılıb. Gənc tədqiqatçılar da öz növbəsində elmin inkişafına göstərilən diqqət və qayğıdan səmərəli istifadə etməli, öz sahələri çərçivəsində elmə xidmət etməyi bacarmalı, yüksək elmi əhəmiyyəti olan məqalələr beynəlxalq elmi ictimaiyyətinə təqdim olunmalıdır. İxtisaslı alim və tədqiqatçı-mütəxəssislərin hazırlanmasının önəmini vurğulayan bölmə rəhbəri gənclərin apardıqları tədqiqatların gedişatı ilə maraqlanıb.
Bölmə alimlərindən bəzilərinin də iştirak etdiyi tədbirdə gənclərin elmi təqdiqatları ilə əlaqədar qazandıqları nailiyyətlər təhlil olunmuş, qarşılaşdıqları problemlər dinlənilərək müvafiq tövsiyələr verilmişdir.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib