AMEA Naxçıvan Bölməsi

Elmi-praktiki seminar keçirilib


28.09.2021 / 17:03Tədbirlər



AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Təbiət muzeyində Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş “Biologiya” ixtisası tələbələrinin iştirakı ilə elmi-praktiki seminar keçirilib. “Naxçıvan Muxtar Respublikasının pişikkimiləri və onların yem obyektləri” mövzulu seminarı İnstitutun baş direktoru, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov aparıb.
Naxçıvan Muxtar Respublikasında yayılmış pişikkimilərin növ tərkibi, biologiyası, yayılma arealları, çoxalması və onların yem obyektləri haqqında ətraflı məlumat alan tələbələr seminarın ardından muzeydəki eksponatlarla tanış olublar.
Sonda Bioresurslar İnstitutunun fəaliyyəti, aparılan çoxşaxəli tədqiqatlar, çöl tədqiqatları, eləcə də eksponatlarla bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.