AMEA Naxçıvan Bölməsi

AMEA-nın Naxçıvan Bölməsinin hesabat verib


12.07.2021 / 17:39Tədbirlər



AMEA Naxçıvan Bölməsinin 2021-ci ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat iclası keçirilib.

İclası giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev cari ilin altı ayı ərzində yerinə yetirilən işlər, əldə olunan nailiyyətlərdən bəhs edib. Alim bu ilki göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisə edərək əsərlərin kəmiyyət və keyfiyyət göstəricilərində artımın müşahidə olunduğunu diqqətə çatdırıb, ilin ikinci yarısına yönəlik təkliflər irəli sürüb.

Daha sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Bölmənin 2021-ci ilin altı ayı ərzindəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə edib. Məruzədə qeyd olunub ki, AMEA Naxçı­van Bölməsi hesabat dövrü ərzində Nax­çıvan Mux­tar Res­publikası Ali Məc­li­sinin və Nazirlər Kabi­ne­ti­nin, Azərbay­can Milli Elmlər Akade­mi­ya­sı Rəyasət Heyətinin ver­di­yi sərəncam, qə­rar, tapşırıq və tövsiyələrilayiqin­cə yeri­nə yetirməyə çalışıb.

2021-ciilin birinci yarısında Bölmə əməkdaşlarının 10 monoqrafiyası, 5kitabı, 240 elmi məqaləsi, 122 konfrans materialı və 1 tezisi çap olunub, bir xəritə tər­tib edil­ib. Əsərlərdən 3 monoqrafiya, 49 məqalə, 50 konfrans mate­ria­lı xaricdə nəşr olunub. Məqalələrin 33-ü impakt faktorlu jurnallarda çapdan çıxıb, bunlardan 7-si ClarivateAnalytics (Thomson Reuters) indekslidir. Böl­mənin“Elmi əsərlər”və“Ax­tarış­lar” jur­nal­­la­rı­nın hər birinin 2 nömrəsinəşr olunub.Bölmə əməkdaşları ölkə mətbuatında aktivlik nümayış etdirərək çoxsaylı qəzet və internet portallarında məqalələr dərc etdiriblər. Elmi əsərlərin keyfiyyət göstəricilərinin artması ilə əlaqədar olaraq cari ilin 6 ayı ərzində əməkdaş­ların əsərlərinə 704 istinad qeydə alınıb.İkibeynəlxalq sə­viyyəliqrant layı­hə­­si­nin icrası uğurla davam etdirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin məktu­bu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Səd­rinin tövsiyyəsi ilə AMEA Naxçıvan Bölməsində YUNESKO səviy­yəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geopark­lar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınması ilə bağlı həyata keçirilənlayihə çərçivəsində 3189 kvadrat kilometr sahəni əhatə edən geopark ərazisinin ümumi, geoloji, geo­mor­­foloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtə­liflik xəri­tə­ləri tərtib edilmiş və əla­və obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanmışdır.

7 noyabr 2020-ci il tarixdə keçirilən “Ailə təsərrüfatı məhsulları yarmarkası”nda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən istehsal olunan məhsul çeşidlərinin artırıl­ma­sı, çaytikanı yağı istehsalına xüsusi diqqət yetirilməsi və “Yaşıl aptek”də satışının təşkil edilməsi ilə bağlı tapşırığının icrasını təmin etmək məqsədilə Bio­kim­yəvi tədqiqatlar laboratoriyasının Ordubad rayonunun Aşağı Əylis kəndində yerləşən ərazisin­də yeni çaytikanı ting­ləri əkilmişdir. Bölmənin Nəbatat bağında və Aşağı Əylis kəndindəki ərazisində yeni və məhsuldar meyvə sortlarının əldə edilməsi üçün calaq işləri aparılmışdır. 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması, “Şorsu” palçığının istehsalı və satışı işi davam etdirilmişdir.

Hesabat dövründə AMEA Naxçıvan Bölməsi 20-dən çox elm və təhsil mərkəzi və bir çox ölkələ­rin alim­ləri ilə sıx elmi əla­qə­lər­­də оlmuş, səmərəli əmək­daşlıq etmişdir. Bölmədə bir respublika səviyyəli kon­frans, 2 muxtar respublika səviyyəli kon­frans, Bölməsəviyyəli 11 elmi konfrans, 8təd­bir, Oxunması zəruri olan 5 kitabın müzakirəsi və 8 təqdi­mat keçirilmişdir.

İlin birinci yarısında akademik İsmayıl Hacıyev “Şöhrət” ordeni, “Naxçıvan Mux­tar Respub­likası­na xidmətlərə görə” nişanı, AMEA-nın və Naxçıvan Dövlət Universitetinin Fəx­ri fər­man­ları, professor Tofiq Əliyev və kimya elmləri doktoru Bayram Rza­yev AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmiş, dosent Fizzə Məmmədova “Beynəlxalq İntellek­tual Əmək­daşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü, dosentGünel Məm­mədova Hindistanın “Şərqin kimya jurn­alı”nın redaksiya heyətinə üzv seçilmiş, dosentZeynəb Quli­ye­vanın elmi məqaləsi Rusiya Federasiyasının Ümum­rusiya elmi-tədqiqat iş­ləri cə­miy­yəti tərəfindən ser­tifikat almış və II dərəcəli diploma layiq görülmüşdür.

Bölmədə elmi kadr potensialın artırılmasının diqqət mərkəzində saxlanıldığını söyləyən dosentO.Bağırov yarımil ərzində bir əməkdaşın elmlər doktorluğu disser­ta­siyasını müvəffəqiy­yətlə müdafiə etdiyini,Bölmənin Dissertasiya Şurasında 3 fəlsəfə doktorluğu dissertasi­ya­sı müdafiəsinin və 2 müzakirənin keçirildiyini bildirib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasənNaxçıvan Dövlət Uni­versitetinin AMEA NaxçıvanBölməsinə hamiliyə verilmiş5 ixtisas üzrə təhsil alan tələbələrin iştirakı iləseminarlar, açıq dərslər, labo­ra­to­riya məşğələlərikeçi­ril­miş, elmi dərəcəsi olan 50 əməkda­ş muxtar respublikanın 29 ümum­təh­sil məktəbində 8 fənn üzrə nümunəvi dərslər tədris etmişlər. AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan MR Təhsil Nazirliyinin birgə həyata keçir­diyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhə­rinin ümumtəhsil məktəb­lərin­dən 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şə­kil­də tədqiqatlara cəlb edilmiş və uğurlu nəticələr əldə olunmuşdur.

Sonda AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin üzvlərindən AMEA-nın müxbir üzvləri Tofiq Əliyev, Hacıfəxrəddin Səfərli, Vəli Baxşəliyev və Əbülfəz Quliyev çıxış edərək hesabatı qənaətbəxş hesab etmiş, Bölmənin daha səmərəli fəaliyyəti ilə bağlı təkliflər irəli sürüblər. Çıxışlarda bu yüksəliş tempinin davamlı olacağına əminlik ifadə olunub.