AMEA Naxçıvan Bölməsi

Elmi-praktiki seminar olub


23.06.2021 / 14:15Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında “Yay Günəş duruşu günü” ilə əlaqədar elmi-praktiki seminar keçirilib.
Rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev çıxış edərək Yer kürəsinin Günəş ətrafında dövr etməsi, bu elmi gerçəkliyin fəsillərin əmələ gəlməsində, canlı aləmin mövcudluğunu davam etdirməsində oynadığı mühüm roldan bəhs edib.
Seminarda Rəsədxana əməkdaşlarından kiçik elmi işçi Vəfa Qafarova “Yer üzərində fəsillərin əmələ gəlməsinin fiziki və astronomik əsasları”, böyük laborant Faidə Hüseynova isə “Yerin Günəş ətrafında dolanmasının dinamikası” mövzularında məruzə ediblər. Maraqlı mövzuları əhatə edən məruzələrin ardından verilən suallar cavablandırılıb, mövzu ətrafında diskussiya aparılıb.