Mister Hemferin xatirələrimüzakirə olunub
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan “Mister Hemferin xatirələri” (İngilis casusunun etirafları) kitabı müzakirə edilib.
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli tədbiri giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının önəmindən bəhs edib. Qeyd olunub ki, dünya və Azərbaycan ədəbiyyatının maraqlı nümunələrinin yer aldığı “Oxunması zəruri olan kitablar siyahısı” cəmiyyətdə kitaba marağın, mütaliə bacarıqlarının inkişaf etdirilməsində, dünyagörüşünün zənginləşdirilməsində, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində olduqca böyük əhəmiyyətə malikdir.
Kitab haqqında fikirlərini bölüşən professor H.Səfərli İngiltərənin müstəmləkəçilik siyasəti, müstəmləkələrin idarə olunması, həmin ölkələrdə süni şəkildə milli, dini ədavətin yaradılması və digər mühüm məsələlərdən bəhs edib.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aytəkin Qəhrəmanova “Mister Hemferin xatirələri və ya İngilis casusunun etirafları” mövzusunda məruzə edib. Məruzəçi kitabda əksini tapan əsas məqamlara diqqət çəkərək, hər bir fəsli yığcam şərh edib. Bəzi Qərb dövlətləri tərəfindən türk xalqlarına və islam ölkələrinə qarşı həyata keçirilən məkrli münasibət məruzənin əsasını təşkil edib.
Daha sonra Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Səbuhi Həsənovun çıxışı dinlənilib. Çıxışda müstəmləkə siyasətinin məlum nəticələri, cəmiyyətin gələcək inkişafına mənfi təsirləri təhlil olunub, əsərdə təsvir olunan tarixi faktlara nəzər yetirilib. Əksini tapan hadisələrin fonunda gənc nəslin düzgün, vətənpərvər ruhda tərbiyəsinin önəmi vurğulanaraq Vətənin, millətin gələcək mənafeyi naminə mübarizliyin təbliğinin vacibliyi qeyd olunub.
Sonda dinləyicilərin sualları cavablandırılıb, bəzi maraq doğuran məsələlər müzakirə edilib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib