Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Adil Nəsib oğlu Bağırov 1947-ci il iyul ayının 28-də Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuşdur.
1981-ci ildə «Türk dillərində yarımçıq feillər (Oğuz qrupu türk dillərinin materialları əsasında)» mövzusunda namizədlik, 2005-ci ildə «Naxçıvan Muxtar Respublikası onomastik vahidlərinin tarixi-linqvistik təhlili (toponimlər və hidronimlər)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə dosent elmi adını almışdır.
1966-cı ildə əmək fəaliyyətinə başlayan A.Bağırov Şahbuz rayon Mahmudoba kənd orta məktəbində, Culfa şəhər Dəmiryol məktəbində və Naxçıvan şəhər 39 saylı orta məktəbdə müəllim işləmişdir. Daha sonra Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan dili və ədəbiyyat kabinetinin müdiri, 1990-cı ildən Naxçıvan MR Təhsil Nazirliyində məktəb inspektoru vəzifələrində çalışmışdır.
2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Onomastika şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Müxbir üzv A.Bağırov 6 monoqrafiyanın, 5 kitabın, 2 dərs vəsaiti, 2 tədris proqramı və 120-dən çox elmi məqalənin müəllifidir.
Adil Nəsib oğlu Bağırov 21 aprel 2016-cı ildə vəfat etmişdir.
Tariyel Hüseynəli oğlu Talıbov
Sahab Sadiq qızı Əliyeva
Səbuhi Məmmədalı oğlu İbrahimov
Zülfiyyə Hüseyn qızı İsmayıl