AMEA Naxçıvan Bölməsi

Vakant vəzifələrin tutulması üçün müsabiqə elanı


20.04.2023 / 12:19Elanlar



Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir.
Müsabiqədə yaşı 30-dək olan magistr təhsilini başa vurmuş və ya magistraturanın ikinci kursunun ikinci semestrində təhsil alan şəxslərin iştirakı məqsədəuyğundur.
Həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar və səhhəti ilə əlaqədar möhlət hüququ olanlar istisna olmaqla) müsabiqəyə buraxılmır.
Vakant vəzifələrin tutulması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
– Müəssisə rəhbərinin adına ərizə;
– Kadrların şəxsi-qeydiyyat vərəqi;
– Tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
– İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– İş yerindən xasiyyətnamə;
– Çap olunmuş elmi işlərin siyahısı (əgər varsa)
– Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
– Şəxsiyyəti təsdiq edən sənədin surəti;
– Yaşayış yerindən arayış;
– Tibbi arayış.
Sənədlər 19 aprel – 19 may 2023-cü il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək AMEA Naxçıvan Bölməsinin binasında, Kadr və ümumi işlər şöbəsində qəbul edilir.
Ünvan: Heydər Əliyev pr. 76
Əlaqə telefonu: 550 21 52; 544 09 64
e-mail: floraaa70@mail.ru; zulfuqarov_1981@mail.ru