Muxtariyyətin 100 ili: keçmişdən bu günə və sabahamövzusunda beynəlxalq elmi konfrans
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 6-8 iyun 2024-cü il tarixdə Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr edilmiş “Muxtariyyətin 100 ili: keçmişdən bu günə və sabaha” mövzusunda üz-üzə və onlayn formatda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq:
KONFRANSDA İŞTİRAK QAYDALARI:
Məqalələrin göndərilməsi və dəyərləndirilməsi üçün son tarix: 10 may 2024-cü il
Konfransda yuxarıda qeyd edilən sahələrlə bağlı bütün tədqiqatçılar iştirak edə bilər. Məruzələrdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən məruzələr Elmi heyət tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Məruzələrin qəbulu haqqında məlumatlar iştirakçılara məqalələrin göndərildiyi ameanaxcivanbolmesi@gmail.com ünvanı vasitəsilə 20 may 2024-cü il tarixdə bildiriləcək.
Beynəlxalq konfransın qonaqlama xərcləri Təşkilat Komitəsi tərəfindən qarşılanacaqdır.
Konfransda hər bir məruzənin təqdim olunmasına 15 dəqiqə vaxt ayrılır.
Məruzə mətnlərinin hazırlanmasına dair yazı qaydaları
1. Təqdim olunan məqalələrin həcmi 7-10 səhifədən artıq olmamalıdır.
2. Məqalənin həmmüəllifinin sayının ikidən artıq olması arzuolunmazdır.
3. Məqalənin keyfiyyətinə, orada göstərilən faktların səhihliyinə bilavasitə müəllif cavabdehdir.
4. Təqdim olunan məqalənin mətni kоmpüterdə, MS.Word proqramında, A4 kağız formatında, 12 pt şriftlə, səhifənin pаrаmetrləri yuхаrıdаn və aşağıdan 2 sm, sоldаn 3 sm, sаğdаn isə 1 sm məsаfə ilə, sətirdən-sətrə “defislə” keçmədən, sətir аrаlığı 1 intervаl оlmаqla hazırlanmalıdır.
5. Məqalə Azərbаycаn, türk, ingilis və rus dillərində yalnız Microsoft Word proqramında, Times New Rоmаn hərfləri ilə yazılmalı, CD, DVD daşıyıcıda, həmçinin elektron poçt vasitəsilə Təşkilat Komitəsinə təqdim edilə bilər. Məqalələr beynəlxalq standartlara uyğun olaraq müxtəlif başlıqlara bölünməlidir (məs.: giriş, əsas mətn, nəticə və s.). Mətndə оlаn şəkil və cədvəllər yalnız JPG formatında olmalı, keyfiyyətinə üstünlük verilməli və sayı 3-dən artıq olmamalıdır.
6. Səhifənin ortasında 12 pt ölçülü qаlın və böyük hərflərlə müəllifin (müəlliflərin) аdı və sоyаdı yаzılır. Bir sətir bоş burахılmаqlа 12 pt ölçülü böyük hərflərlə məqаlənin аdı yazılır və məqаlənin yazıldığı dildə 10 pt ölçülü əyri hərflərlə xülasə və açar sözlər yazılır. Xülasələr 250-300 söz aralığında məqalənin məzmununu əhatə etməlidir. Müəllifin işlədiyi təşkilаtın аdı, elmi dərəcəsi və e-poçt ünvanı 12 pt ölçülü əyri və qalın kiçik hərflərlə ədəbiyyat siyahısından sonra sağdan yаzılır.
7. Bir sətir boş buraxılaraq ingilis və rus dillərində xülasələr verilir. Xülasələrdən əvvəl sağ tərəfdə 12 pt şriftlə məqalə müəllifinin (müəlliflərin) adı və soyadı qalın kiçik hərflərlə, məqalənin adı isə qalın böyük hərflərlə yazılır, sonra 12 pt şriftlə adi hərflərlə xülasələrin mətni 1 interval ara ilə verilir. Hər xülasənin sonunda 10 sözü keçməməklə açar sözlər yazılır.
8. Mövzu ilə bağlı mənbələrə istinadlar olmalıdır və istifadə olunmuş ədəbiyyat siyahısı yazıldığı dildə 12 pt şrift, 1 interval ara ilə, kodlaşdırma üsulu və əlifba sırası ilə göstərilməlidir. “Ədəbiyyat” sözü səhifənin ortasında 12 pt şriftlə, qalın və böyük hərflərlə yazılır.
Qeyd: Qaydalara uyğun tərtib olunmayan, həmçinin konfransda məruzə etməyən müəlliflərin məruzə mətnləri konfrans materialları toplusuna daxil edilməyəcək.
Konfransın qaydaları, mövzu başlıqları və istiqamətləri ilə daha ətraflı AMEA Naxçıvan Bölməsinin www.ameanb.az saytında tanış olmaq mümkündür.
Ünvan: AZ7000,Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76
Tel.: (+99436) 544 09 64
(+99436) 545 67 45
Faks: (+99436) 545 46 22
E-poçt: ameanaxcivanbolmesi@gmail.com
Dissertasiya işinin müzakirəsi keçiriləcək
Dissertasiya işinin müdafiəsi keçiriləcək
Dissertasiya işinin müdafiəsi keçiriləcək
Dissertasiyaların müzakirəsi keçiriləcək