Qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
– Müəssisə rəhbərinin adına ərizə;
– Kadrların şəxsi-qeydiyyat vərəqi;
– Tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
– İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– İş yerindən xasiyyətnamə;
– Çap olunmuş elmi işlərin siyahısı və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat;
– Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
– Şəxsiyyəti təsdiq edən sənədin surəti.
– Xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
Sənədlər 10 aprel – 10 may 2023-cü il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək AMEA Naxçıvan Bölməsinin binasında, Elm və təhsil şöbəsində qəbul edilir.
Ünvan: Heydər Əliyev pr. 76
Əlaqə telefonu: (+994 36) 545 34 96
e-mail: doktorant.nb@mail.ru
Muxtariyyətin 100 ili: keçmişdən bu günə və sabaha
mövzusunda beynəlxalq elmi konfrans
Dissertasiya işinin müzakirəsi keçiriləcək
Dissertasiya işinin müdafiəsi keçiriləcək
Dissertasiya işinin müdafiəsi keçiriləcək