Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi 2021-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul elan edir.
Qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
– Müəssisə rəhbərinin adına ərizə;
– Kadrların şəxsi-qeydiyyat vərəqi;
– Tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
– İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– İş yerindən xasiyyətnamə;
– Çap olunmuş elmi işlərin siyahısı və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat;
– Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış
Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
– Fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı
üzrə);
– Şəxsiyyəti təsdiq edən sənədin surəti.
Qeyd: Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 20 iyun 2021-ci il tarixdə keçirdiyi qəbul imtahanında “məqbul” alan əməkdaşlar sənədlərini təqdim edə bilər.
Sənədlər 05 avqust 2021-ci il tarixə qədər saat 09:00-dan 17:00-a kimi AMEA Naxçıvan Bölməsinin əsas binasında, Elm və Təhsil şöbəsində qəbul edilir.
Ünvan: Heydər Əliyev pr. 76
Əlaqə telefonu: (+994 36) 545 34 96