Naxçıvan Muxtar Respublikası florasında yabanı almanın bir növ, bir variasiyası və 15 forması, yabanı armudun isə 17 növ, 3 variasiyası müəyyənləşdirilmişdir. Yabanı almanın bir variasiyası və 15 forması, yabanı armudun isə 8 növ və 3 variasiyası tədqiqat ərazisi üçün ilk dəfə qeyd edilir. Aşkar edilən taksonlardan 5 yabanı armud növü Azərbaycan florası üçün ilk dəfə göstərilir. Yabanı alma və armudun Muxtar Respublikanın flora biomüxtəlifliyində bioekoloji xüsusiyyətləri öyrənilmiş, aşkar olunmuş nadir növlərin qorunması üçün tədbirlər planı hazırlanmış, təbii ehtiyatı hesablanılaraq, istifadə imkanları göstərilmişdir. Ümumiyyətlə aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq 6 fəsilə 9 cinsə aid 29 növ, 5 variasiya və 2 forma müəyyən edilmişdir ki, bunlardan da 17 növ, 2 variasiya və 2 forma- Acantholimon acerosum (Willd.) Boiss., A. festucaceum (Jaub. & Spach) Boiss., A. trautvetteri Kusn., A. puberulum Boiss. et Bal., A. takhtajanii Ogan., A. calvertii Boiss., A. vedicum Mirzoeva, A. manakyanii Ogan., A. tragacanthinum (Jaub. & Spach) Boiss., Malus orientalis var. subalpina Ponomarenko, Pyrus pseudosyriaca Gladkova, P. caucasica Fed. var. schuntukensiz Tuz., P. chosrovica Gladkova, P. demetrii Kuth., P. fedorovii Kuth., Sorbus albovii Zinserl., S. armeniaca Hedl., S. buschiana Zinserl., Tamarix litwinowii Gorschk, Berberis vulgaris f. alba West., Berberis vulgaris f. lutea Regel Azərbaycan, 12 növ, 3 variasiya- Acantholimon lepturoides (Jaub. et Spach) Boiss., Cotoneaster meyeri Pojark., C. transcaucasicus Pojark, Malus orientalis var. montana (Uglitzk.) Langenf., Pyrus georgica Kuth., P. salicifolia Pall. var. latifolia Alexenko, P. salicifolia Pall. var. angustifolia Kuth., Sorbus caucasica Zinserl., S. fedorovii Zaikonn., S. kusnetzovii Zinserl., S. migarica Zinserl., S. tamamschjanae Gabr., Tamarix florida Bunge, T. litwinowii Gorschk, Viburnum opulus L., Lonicera caucasica Pall. isə Naxçıvan Muxtar Respublikası florası üçün yeni olaraq göstərilmişdir. Həmçinin, Berberis L. cinsinin B. integerrima Bunge., B. orientalis C.K.Schneid., Rosa L. cinsinin isə Rosa azerbajdzhanica Novopokr. & Rzazade növlərinin statusu bərpa edilmişdir.
Əli Kətən oğlu Qəhrəmanov
Aytəkin Məmiş qızı Qəhrəmanova
İsmayıl Bəqiyyət oğlu Məmmədov
Çinarə Vaqif qızı Rzayeva