Aparılmış çoxsaylı tədqiqatlar sayəsində bəzi çoxfunksiyalı üzvi birləşmələrdə “birləşmənin quruluşu-korroziya inhibitoru kimi mühafizə effekti” arasında bir sıra qanunauyğunluqlar aşkar edilməklə bu sahədə olan ziddiyyətli məqamlara aydınlıq gətirilmişdir. Əlverişli xammallar əsasında nisbətən sadə üsulla alınmış və bir neçə aqressiv sistem və polad nümunələri üçün yararlı olan yüksək effektli korroziya inhibitorları təklif edilmişdir. Həmin birləşmələrin mühim üstünlüyü həm də ondan ibarətdir ki, onlar korroziya prosesinə qarşı yüksək effektli inhibitor təsirinə malik olmaqla yanaşı bir sıra əlavə faydalı xassələrə də, məsələn, SRB-in həyat fəaliyyətini məhv etməklə bakterisid təsirinə, metalların abraziv dağılmasının qarşısını almaqla antiabraziv aşqar təsirinə və s. malik olurlar. Təklif edilən maddələr korroziya inhibitoru,bakterisid və antiabraziv aşqar təsiri baxımından HKCГ-1, ПИНKOH, АЭФ, “Don-2”, “Dodiqon-1807 və s.bu kimi məlum inhibitorlara və bakterisidlərə nisbətən daha yüksək effektivliyə malikdirlər və ya “Neftexim-3” adlı xarici anoloqla eyni səviyyədə dururlar.
Əbülfəz Aman oğlu Quliyev
Aygün Əhməd qızı Orucova
Asəf Yunis oğlu Orucov
Fərman Yunis oğlu Xəlilov