Naxçıvan Muxtar Respublikası ərazisindəki epiqrafik abidələr ilk dəfə olaraq sistemli şəkildə tədqiq olunmuşdur. 600-dən artıq epiqrafik abidə qeydə alınmış, onların estampları, fotosu, ölçüsü götürülmüş, mətnləri oxunaraq Azərbaycan dilinə tərcümə edilmişdir. Kitabələrin əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Bu kitabələrin təqdim etdiyi məlumatlar Azərbaycanın orta əsrlər dövrü tarix və mədəniyyətinin öyrənilməsində tarixi mənbə kimi tədqiq olunmuşdur. Tədqiqatlar nəticəsində orta əsrlər zamanı Naxçıvanda yaşamış çoxlu görkəmli şəxsiyyətlərin, o cümlədən dövlət xadimlərinin, sənətkarların, alimlərin və s. adları, qəbirlərinin yeri, vəfat tarixləri müəyyənləşdirilmiş, bir sıra yaşayış yerlərinin, memarlıq abidələrinin və s. dövrü təyin edilmişdir. Həmçinin, kitabələrin məlumatları əsasında orta əsrlər zamanı Naxçıvanda fəaliyyət göstərən sufiliklə bağlı mərkəzlər öyrənilmişdir. Məlum olmuşdur ki, Naxçıvanda Səfəviyyə, Bektaşiyyə, Hürifiyyə, Nöqtəviyyə, Qələndəriyyə və s. sufi təriqətlərinə mənsub xanəgahlar fəaliyyət göstərmişdir. Naxçıvanın epiqrafik abidələrinə və Azərbaycan tarixinin müxtəlif problemlərinə aid 600-ə yaxın elmi və elmi-kütləvi əsərin, o cümlədən 40-a yaxın kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsait və dərs proqramının, 320-dən artıq elmi məqalənin və tezisin müəllifidir. Bir sıra beynəlxalq və respublika miqyaslı simpozium və konfranslarda iştirak etmiş, monoqrafiya, disssertasiya və avtoreferatlara rəy vermiş, kitab və monoqrafiyalara redaktorluq etmişdir. Fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarına opponent olmuş, rəhbərliyi ilə 4 fəlsəfə doktoru hazırlanmış, bir neçə nəfər elmlər doktoru və fəlsəfə doktoru dissertasiyası üzərində işləməkdədir.
İki cildlik “Naxçıvan ensiklopediyası”nın, Azərbaycan və İngilis dillərində nəşr olunmuş “Naxçıvan abidələri ensiklopediyası”nın, “Naxçıvan tarixi atlası”nın, 3 cildlik “Naxçıvan tarixi”nin və “Dədə Qorqud yurdu – Naxçıvan tarixi-coğrafi və etnoqrafik Atlasın” əsas müəlliflərindən biri
Firudin Həsən oğlu Rzayev
İlhami Nizam oğlu Əliyev
Sahab Sadiq qızı Əliyeva
Rəşad Əli oğlu Zülfüqarov