AMEA Naxçıvan Bölməsi

Elmi əsərlər jurnalı - 2023 (№2)


Elmi əsərlər jurnalı - 2023 (№2)



AMEA-nın Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni sayı çapdan çıxıb. İctimai və humanitar elm sahələri üzrə məqalələrin yer aldığı jurnal “Tarix və siyasət”, “Arxeologiya və etnoqrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat və folklor”, “İncəsənət” bölmələrindən ibarətdir. Jurnalda 42 tədqiqatçının “Heydər Əliyev və Azərbaycanın bütövlüyü məsələsi”, “Qədim Azərbaycan torpağı – Zəngəzur”, “Qərbi Azərbaycanın yetirmələri: Əziz Əliyev”, “Naxçıvanlı Qullarağasıyevlər – Kəngərlilər haqqında”, “Naxçıvan-şumer əlaqələrinin formalaşmasında Ubeyd mədəniyyətinin rolu”, “Kültəpə mədəniyyətinin yayılma arealı yeni araşdırmalar işığında”, “Naxçıvanın miladdan öncəki minilliklərə aid oronimlərində amorf-kök dil formaları”, “Qədim türkcə rəsmi-hüquqi sənədlərin milli mənşəli leksikası”, “Konsepsiya sferasının milli-mədəni xüsusiyyətləri”, “Cəfər Cabbarlı yaradıcılığında soyqırım faciəsinin bədii əksi”, “Hüseyn Cavidin “İblis” dramında freydizmin izləri”, “Zəngəzur bayatılarında milli-etnik yaddaş”, “Əlyazma kitabları və xəttatlıq”, “Orta əsrlər Naxçıvan memarlığında ağacişləmə sənəti”, “Azərbaycan səhnəsinin ilk qadınları” və başqa mövzulu məqalələri dərc olunub. Həmçinin jurnalın “Kitablar, rəylər” bölməsində filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabı haqqında resenziyası ilə tanış olmaq mümkündür. Yüklə