AMEA Naxçıvan Bölməsi

Elmi əsərlər jurnalı - 2023 (№1)


“Elmi əsərlər” jurnalı - 2023 (№1)



AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni sayı işıq üzü görüb. Jurnalın yeni nömrəsində AMEA-nın Naxçıvan Bölməsi, A.A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutu, Bakı Musiqi Akademiyası, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda çalışan tədqiqatçıların müxtəlif elm sahələri üzrə məqalələri yer alıb. Burada “Azərbaycan mədəniyyətinin paytaxtı – Şuşa: tarixi və müasir vəziyyəti”, “Zeyvə” adlı yaşayış məskənləri sufiliklə bağlı mərkəzlərin yadigarı kimi”, “Əkbər xan Naxçıvanski”, “Xəlil paşa Naxçıvan və Zəngəzur uğrunda mübarizədə”, “Azərbaycan Demokratik Respublikası parlamentinin fəaliyyəti tarixindən”, “Naxçıvan abidələrinin Yaxın Şərq paralelləri”, “Gəmiqaya təsvirlərində şumer mifologiyasının izləri”, “Naxçıvan nekropolunun antik dövrə aid küp qəbirləri”, “Naxçıvan şivələrində karlaşma hadisəsinin təzahür formaları”, “Kəngərli rayonu şivələrində fonetik hadisələr”, “Naxçıvan və Şərqi Anadolu xalq şeirində təbiət və heyvan obrazları”, “Azərbaycan nağıllarında müqəddəs məkan və dünyəvi məkan qarşıdurması”, “Qarabağlar kəndində yeni memarlıq kompleksi”, “Muğamların müqayisəli tədqiqi məsələləri”, “Azərbaycanda qaçqın teatrları”, “Biznesdə strategiya seçimində istifadə olunan üsullar” və başqa maraqlı mövzuları əhatə edən məqalələr dərc olunub. Jurnalın “Biblioqrafiya” bölməsində filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Taylan Sorqunun “Bitməyən savaş” adlı kitabı Əbülfəz Quliyevin tərcüməsində” başlıqlı resenziyası oxuculara təqdim olunur. Yüklə