AMEA Naxçıvan Bölməsi

FD.01.252 Dissertasiya Şurası (2015 – 2018)

   Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi nəzdində fəaliyyət göstərən FD.01.252 Dissertasiya Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq əmrinə əsasən 2015-2018-ci illər ərzində fəaliyyət göstərmişdir. Dissertasiya Şurasına müdafiə üçün 2417.01 – “Botanika” (biologiya elmləri) və 2307.01 – “Fiziki kimya” (kimya elmləri) ixtisasları üzrə dissertasiyaların qəbul edilməsinə icazə verilmişdir.

   Ümumilikdə 2015-2018-ci illərdə Ali Attestasiya Komissiyasının təqdimatı əsasında yaradılan B/D.01.252 Birdəfəlik Doktorluq Dissertasiya Şurasında 1 elmlər doktorluğu, “Botanika” ixtisası üzrə 5, “Fiziki kimya” ixtisası üzrə 2, ümumilikdə 7 fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsi keçirilmişdir.